CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeddi yüzədək qazi işlə təmin olunub - Nazirlik rəsmisi

© Sputnik / Murad OrujovBakıda parada parada baxan şəxslər
Bakıda parada parada baxan şəxslər - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
"Həm qazilərin işlə təminatı, həm də özünüməşğulluğa cəlb olunması həyata keçirilir" - Cəmaləddin Quliyev.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. "Gündəlik olaraq qazilərin işlə təminatı davam edir".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev bu gün canlı yayımda çıxışı zamanı agentliyimizin sualını cavablayarkən deyib.

O bildirib ki, rəqəmlər gündəlik olaraq artmaqdadır: "Həm qazilərin işlə təminatı, həm də özünüməşğulluğa cəlb olunması həyata keçirilir. Qeyd edim ki, artıq 700-dək qazimiz işlə təmin olunub. Gündəlik olaraq bu rəqəmlər artır".

"Bizim qazilər, müharibə iştirakçıları və şəhid ailələri ilə bağlı xüsusi proqramımız var. İlk olaraq onlar özünüməşğulluğa cəlb olunur və işlə təmin olunurlar", - deyə o əlavə edib.

 

 

Xəbər lenti
0