CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı sakinlərinə xəbərdarlıq: Sabah küçəyə çıxmayın

© Sputnik / Murad OrujovДезинфекционные работы на улицах Баку
Дезинфекционные работы на улицах Баку - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
Maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

BAKI, 23 aprel — Sputnik. Sabah, səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrindəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Sputnik Azərbaycan-a bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Xəbərdə bildirilir ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Xəbər lenti
0