CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kvota dolduğu halda belə əlillər işlə təmin olunur

© AFP 2023 / CHAIDEER MAHYUDDINЧеловек с ограниченными возможностями, фото из архива
Человек с ограниченными возможностями, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
Kvota dolubsa, bu zaman kvotadan əlavə iş yerləri üçün Dövlət Məşğulluq Agentliyi İşdən Sığorta Fondunun vəsaiti hesabına həmin iş yerinin 100 faiz maliyyələşməsini həyata keçirir

BAKI, 23 aprel — Sputnik. "Bizim əlillər üçün kvota üzrə iş yerləri ilə bağlı proqramımız var".

 Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev bu gün canlı yayımda çıxışı zamanı deyib. O bildirib ki, hətta işə götürən şəxsin kvota üzrə yerləri dolubsa, bu zaman da əlliliyi olan şəxsin işlə təminatı üçün addımlar atılır: "Əlillərin işlə təmiantı üçün işə götürənlərə göndərişlər verilir. Kvota dolubsa, bu zaman kvotadan əlavə iş yerləri üçün Dövlət Məşğulluq Agentliyi İşdən Sığorta Fondunun vəsaiti hesabına həmin iş yerinin 100 faiz maliyyələşməsini həyata keçirir ki, ayrılan vəsait hesabına əlilliyi olan şəxslər işə götürülsün".

 

Xəbər lenti
0