CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadının keçmiş əri tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib

© Sputnik / Murad OrujovМужчина с ножом, иллюстративное фото
Мужчина с ножом, иллюстративное фото - Sputnik Azərbaycan, 1920, 21.04.2021
Abunə olmaq
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

BAKI, 21 aprel — Sputnik. 6 sentyabr 2020-ci il tarixdə Tərtər rayonu, Şıxarx qəsəbə sakini Tağıyeva Röyalə Mirzə qızının yaşadığı evdə öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Tərtər rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Bu barədə Tərtər rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

İstintaqla zərərçəkmişin keçmiş əri Əsədov Səlim Bəhrəm oğlunun Röyalə Tağıyevanın yaşadığı evə daxil olaraq sonuncunu heç bir əsaslı səbəb olmadan boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Səlim Əsədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti
0