CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki alma ilə əsası qoyulub, yüz il yaşayan qəzet - FOTO

© Sputnik / Leyla Abdullayeva"Şəfəq " qəzetinin yüz yaşı münasibəti ilə tədbir
Şəfəq  qəzetinin yüz yaşı münasibəti ilə tədbir - Sputnik Azərbaycan, 1920, 20.04.2021
Abunə olmaq
Azərbaycanın bölgələri arasında ilk dəfə yaranan mətbutın yüz yaşı tamam olur. Onun yaranma hekayəsi Quba alması və Leninlə bağlıdır.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Bu gün Qubada rayonlar arasında ilk mətbu orqanı olan "Şəfəq" qəzetinin yüz yaşı qeyd edilib. Sputnik  Azərbaycan-ın verdiyi məlumata görə,  tədbir karantin qaydalarına uyğun şəkildə keçirib.

Onu qeyd etmək istəyirik ki, bu qəzetinin çox maraqlı bir tarixi var.

1920-ci ildə Moskvada keçirilən VIII Ümumrusiya Sovetlər Qurultayına o vaxtkı Quba İnqilab Komitəsinin sədri Qasım İsmayılov nümayəndə seçilir. Bolşevik həmyerlimiz uzaq Rusiya paytaxtına əliboş getməyi özünə sığışdırmır, qurultaya hədiyyə olaraq bir xurcun alma aparır. Sonralar “Pravda” qəzetində RSFSR Xalq Komissarları Sovetinin işlər müdiri N. P. Qorbunovun “Kubinskiye nastroyeniya” (Quba əhval-ruhiyyəsi) adlı məqaləsi dərc olunur: “Bu almalar adi almalar deyil. Bu almalar Şərqin azadlığa çıxarılmasını istəyən Quba qəzası kəndlilərinin arzusunu ifadə edir” (“Pravda”, 5 yanvar 1921-ci il).

© Sputnik / Leyla Abdullayeva
Şəfəq  qəzetinin yüz yaşı münasibəti ilə tədbir - Sputnik Azərbaycan
1/3
© Sputnik / Leyla Abdullayeva
Şəfəq  qəzetinin yüz yaşı münasibəti ilə tədbir - Sputnik Azərbaycan
2/3
© Sputnik / Leyla Abdullayeva
Şəfəq  qəzetinin yüz yaşı münasibəti ilə tədbir - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Deyilənə görə, meyvələrdən ikisi V.İ.Leninin payına düşür. O da öz növbəsində qubalılara borclu qalmır, bir çap maşını göndərir. Həmin maşının sayəsində Azərbaycanın kənd rayonları arasında ilk dəfə Qubada qəzet nəşrə başlayır.

Bu mətbu orqanı 1921-ci ilin aprelin 21-də “Əxbar” adı ilə işıq üzü görür. Daha sonra  “Yeni dirilik”, “Kollektivləşmə yolu”, “Şəfəq”, “Qızıl Quba”, “Quba” adlandırılır. 1995-ci ildən başlayaraq qəzet “Şəfəq” adı ilə nəşr olunmağa başlayır.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxışında "Şəfəq "qəzetinin  Qubanın deyil, ümumən Azərbaycanımızın son bir əsrlik tarixinə işıq salan salnaməsi olduğunu bildirdi. O, Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan mətbuatda "Şəfəq" qəzetinin özünəməxsus yeri olduğunu da vurğulayıb: ""Şəfəq" qəzeti Azərbaycanda ilk bölgə qəzeti adını şərəflə qoruyan kütləvi informasiya vasitəsidir. Bu qəzet təkcə Qubada deyil, bölgədə ictimai fikrin formalaşmasında mühüm rol oynayıb" .

Daha sonra "Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Əliyev çıxış edərək rəhbərlik etdiyi mətbu orqanın tarixindən söhbət açıb. O, pandemiya ilə əlaqədar bir ilə yaxındır ki, maddi çatışmazlıqlar baxımından qəzetin çapının  dayandırıldığını bildirib. Buna münasibət bildirən İH-nin başçısı Ziyəddin Əliyevin qəzet üçün lazım olan məbləğin çox hissəsini öz üzərinə götürdüyünü deyib.

İllərdir ömrünü jurnalistikaya həsr edən Aytəkin Alxaslı da qəzetlə bağlı maraqlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Daha sonra İH başçısı qəzetin işçilərini diplom və hədiyyələrlə mükafatlandırıb.

Xəbər lenti
0