CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirdən onlayn təhsillə bağlı açıqlama

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 19.04.2021
Abunə olmaq
"Təhsilin keyfiyyət təminatı sistemlərinin yerində olması və tələbələrin nə öyrənməsini müəyyən etmək əsas suallardan biridir".

BAKI, 19 aprel — Sputnik. "Pandemiya dövründə insan inkişafını dondura bilmərik. Ona görə də təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, pandemiya dövründə təhsilin fundamental məqsəd və vəzifələri prinsipcə dəyişməyib: "Əsas məsələ də budur. Bacardıqca daha çox insan üçün keyfiyyətli təhsil təmin edilməlidir. Çalışmalıyıq ki, sosial-iqtisadi və digər amillər şagirdlərin təhsil almalarına təsir göstərməsin".

E.Əmrullayev bildirib ki, daha çox insanı onlayn formada təhsilə cəlb etmək mümkündür: "Təhsil və tədqiqatların keyfiyyətinin qaldırılması ən başlıca problem olaraq qalır. Təhsilin keyfiyyət təminatı sistemlərinin yerində olması və tələbələrin nə öyrənməsini müəyyən etmək əsas suallardan biridir".

O vurğulayıb ki, ali təhsilin maliyyələşdirilməsi və ümumi idarəedilməsi məsələsi gündəmə gəlməlidir: "Ölkənin ali təhsil sistemi kifayət qədər tənzimlənən sahədir. Pandemiya dövründə öyrənmənin hansı həcmdə itirilməsi və bunu bərpa etməyin yolları barədə düşünməliyik. Tələbə nailiyyətlərinin qiymətləndirilməsi baxımından ciddi çağırışlarla üz-üzəyik. Qiymətləndirilmə prosesinə yeni kontekstdə baxış imkanları olacaq. Azərbaycanda ali təhsil müəssisələrinin strukturu kifayət qədər ləng şəkildə dəyişirdi. İndiki şəraitdə pandemiya daha çox institusional dəyişikliyə zəmin yaradacaq".

Xəbər lenti
0