CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Vəkilin işinin çoxluğu hüquq problemlərinin olmasından xəbər verir"

© Sputnik Vladimir FedorenkoПортфель чиновника, фото из архива
Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.04.2021
Abunə olmaq
Hüquqşünas Azərbaycanda vəkillərin sayının artırılması, onlara dövlət hesabına hüquqi yardım müqabilində edilən ödənişlərin məbləği, vəkil statusu almaq üçün tələblər və digər məsələlərdən danışıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Ombudsman insan hüquqlarının müdafiəsində vəkillik institutunun əhəmiyyətini nəzərə alaraq, illik məruzələrində ölkədə vəkillərin sayının artırılması, onlara dövlət hesabına hüquqi yardım müqabilində edilən ödənişlərin məbləğinin yüksəldilməsi və fəaliyyətlərinin dəstəklənməsi ilə bağlı aidiyyəti qurumlara təkliflərlə müraciət edib. Həmçinin, Ombudsman vəkillik peşəsinə qəbul zamanı namizədlər üçün müəyyən edilmiş tələblərin yumşaldılmasını məqsədəmüvafiq hesab edib.

Məsələ ilə bağlı vəkil Elyar Həsənov Sputnik Azərbaycan-a deyib ki, əvvəllər məhkəmələrdə hüquqların müdafiəsi ilə bağlı istənilən şəxs başqa şəxsi təmsil edə bilirdi: "Bu da sui-istifadə hallarına gətirib çıxarırdı. Sonra hüquqi yardımın və peşəkarlığın artırılması üçün qanunvericiliyə dəyişiklik edildi ki, məhkəmədə şəxsi yalnız yaxın qohumları və vəkil təmsil edə bilsin. Amma ali təhsilli hüquqşünaslara məhkəmədə şəxsi təmsil etmək imkanları saxlanılmalı idi. Hazırda Azərbaycanda adambaşına düşən vəkillərin sayı qabaqcıl ölkələrlə müqayisədə azdır. Lakin Vəkillər Kollegiyası vəkillərin sayının artırılması üçün mütəmadi tədbirlər görür və bu proses davam edir. Fikrimcə, vəkillərin sayı artırıldıqdan sonra məhdudlaşma aparılsa idi, daha yaxşı olardı. Amma mövcud vəkil sayına görə vətəndaşların çətinliklə üzləşdiyini düşünmürəm. Bu istiqamətdə müəyyən qədər regionda problemlər var, lakin bunun həlli də mümkündür".

Мужчина, держащий нож за спиной, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.04.2021
Qətl hadisəsi ilə bağlı məhkəmə qərarı verildi

O bildirib ki, vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməlidir: "Bu baxımdan vəkillərin sayını sürətli şəkildə artırmaq da doğru deyil. Razıyam, vəkillərin sayını artırmaq olar. Lakin vəkil statusu almaq istəyənlərin təcrübəsi olmalı, onlar yoxlanılmalı, tələblərə cavab verməlidirlər. Vəkilin savadsızlığından, qeyri-peşəkarlığından vətəndaşa zərər gələndə onu artıq düzəltmək olmur. Kriteriyalar azalanda da keyfiyyətli yardımın səviyyəsi aşağı düşə bilər. Hazırda 3 il staj tələb olunur və bunu 2 ilə endirmək olar. Düşünürəm ki, ixtisaslaşmaya getmək lazımdır. Məsələn, 7 il maliyyə sahəsində işləyən şəxsə birbaşa vəkil statusu verilsə, maliyyə sahəsində yüksək yardım göstərməsi mümkündür, lakin cinayət işləri sahəsində isə işə zərər verə bilər, çünki bu sahədə təcrübəsi yoxdur. Yəni şəxsin 7 il təcrübəsi hansı sahədədirsə, həmin sahə üzrə vəkillik etməlidir. Digər sahələrdə vəkillik etmək istəyirsə, imtahandan keçməlidir".

Onun sözlərinə görə, bəzən vəkillərin iş yükü artır: "Məsələn, Bakı şəhərində xeyli çıxarışsız tikililər var. Kütləvi olaraq çıxarış verilməkdən imtina olunur və bu, problem həll edilmir. Bu zaman vətəndaşlar vəkillərə müraciət edirlər. Vəkilin işinin çoxluğu hüquq problemlərinin mövcudluğundan xəbər verir. Vəkil dövlət müəssisəsi deyil. Vəkilin işi əslində çox olmamalıdır, məsələni kökündən həll etmək lazımdır".

"Vəkillərə dövlət hesabına hüquqi yardım müqabilində edilən ödənişlərin məbləği artırılıb. Əvvəllər 1 saat 2 manat idi, hazırda 1 saat 6 manatdır. Lakin hazırki şəraitdə bunu bir az da artırmaq olar. Əsas odur ki, vəkillər üçün maddi-texniki təminat olsun", - deyə o əlavə edib.

Xəbər lenti
0