CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Medianın İnkişafı Agentliyinə mətbuat katibi təyin olunub

© Photo : Facebook / Саида ШафиеваSəidə Şəfiyeva
Səidə Şəfiyeva - Sputnik Azərbaycan, 1920, 16.04.2021
Abunə olmaq
Yeni mətbuat katibi daha əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İnformasiya proqramları baş studiyasında müxbir, aparıcı və baş redaktor vəzifələrində çalışıb.

BAKI, 16 aprel — Sputnik. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) yeni təyinat olub.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, Səidə Şəfiyeva Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri (mətbuat katibi) təyin olunub.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin məzunu olan Səidə Şəfiyeva daha əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İnformasiya proqramları baş studiyasında müxbir, aparıcı və baş redaktor vəzifələrində çalışıb.

Xəbər lenti
0