14:25 06 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0403
  • RUB0.0227
CƏMİYYƏT
Qısa URL
2610

Sputnik Azərbaycan orucluqla bağlı anlaşılmazlıq doğuran müxtəlif mövzularda məlumatlar yayımlayacaq. Birinci sualımız - "İftardan öncə hansı daha vacibdir: yemək, yoxsa namaz?"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Müqəddəs Ramazan ayı artıq başlayıb.

Sputnik Azərbaycan "İftardan öncə hansı əməl daha vacibdir?" sualına aydınlıq gətirməyə çalışıb. İlahiyyatçı Tural İrfanlı bu mövzuda danışıb: "İftardan əvvəl vacib olan əməl namaz ola bilər. Çünki axşam namazı ilə iftar vaxtı eyni daxil olur. Lakin dinimizə görə, insan öncə iftar etsə, sonra namazı qılsa, daha yaxşıdır. Ona görə ki, namaz qılarkən ac olduğu üçün fikri yeməyin yanında qala bilər".

"Əlavə olaraq iftardan əvvəl ediləcək xüsusi bir fəaliyyət yoxdur. İftarı su və xurma ilə etsə, müstəhəbdir, savabdır. Digər nemətlərlə də edə bilər. Yaxşı olar ki, bərk, acı, duzlu, qatı yeməklərlə iftar açılmasın", - deyə o əlavə edib.

İlahiyyatçı peyğəmbərdən sitat gətirərək iftar və imsaq vaxtı haqda danışır: "Peyğəmbər buyurur ki, sizin ən xeyirliniz iftarı tezləşdirən və sahuru gecikdirəndir. Sahur oruc tutanın sübh yeməyidir. Yəni, mömin sübh yeməyini vaxtın sonuna doğru ləngitsə, axşam da iftarı zamanında, dərhal açsa, daha fəzilətlidir".

Qeyd edək ki, Sputnik Azərbaycan oruc tutacaq şəxslər üçün orucluqla bağlı anlaşılmazlıq doğuran müxtəlif mövzularda məlumatlar yayımlayacaq.

Teqlər:
namaz, iftar, oruc, Ramazan

Əsas mövzular