CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sahibə Qafarova bu gün Rusiyaya səfər edəcək

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicMilli Məclisin Sədri Sahibə Qafarova RF Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı
Milli Məclisin Sədri Sahibə Qafarova RF Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Abunə olmaq
Parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın (MDB PA) yaz sessiyasında iştirak edəcək. Səfər aprelin 16-da başa çatacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 14-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın (MDB PA) yaz sessiyasında iştirak etmək üçün Sankt-Peterburqa yola düşəcək.

Milli Məclisdən Sputnik Azərbaycan-a məlumat verilib ki nümayəndə heyətinə deputatlardan Nizami Səfərov, Arzu Nağıyev, Əminə Ağazadə, Mixail Zabelin, Emin Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Sessiya çərçivəsində MDB PA-nın Şura, 52-ci plenar və daimi komissiyalarının iclasları olacaq.

Əvvəlcə Sankt-Peterburqun Tavriya Sarayında keçiriləcək Şura iclasında sessiyada müzakirə olunacaq məsələlərə baxılacaq, plenar iclasda isə "Pandemiya dövründə miqrasiya proseslərinin hüquqi tənzimlənməsi və MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinin bu prosesdə rolu" mövzusunda müzakirələr aparılacaq. Deputatlarımız təşkilatın daimi komissiya iclaslarında müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcəklər.

Burada Azərbaycan parlament nümayəndə heyəti "COVID-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər. Terrorçuluq və zorakı ekstremizm" mövzusunda beynəlxalq parlament konfransında da iştirak edəcək.

Sessiya çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarovanın tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri gözlənilir.

Səfər aprelin 16-da başa çatacaq.

Xəbər lenti
0