CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial sığorta şəhadətnaməsi ləğv edilir

© Sputnik / Rahim MuradovGömrük-keçid məntəqəsində sığorta xidməti
Gömrük-keçid məntəqəsində sığorta xidməti - Sputnik Azərbaycan, 1920, 13.04.2021
Abunə olmaq
Sosial sığorta şəhadətnaməsinin hazırlanması və sığortaolunanlara çatdırılması əlavə maliyyə xərci və vaxt itkisinə səbəb olur.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Azərbaycanda dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, "dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi" sözü "sosial sığorta nömrəsi" ilə əvəz edilir.

Azərbaycanda sosial sahədə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılıb. Həmin sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunub, o cümlədən hər bir sığortaolunana fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda fərdi uçotunun aparılması, vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi mexanizmi yaradılıb.

Bu sahədə islahatların davamı olaraq fərdi uçot sistemində qanunvericilik bazasının təkmilləşdirilməsi və sadələşdirilməsi, eləcə də müasir dövrdə öz aktuallığını itirmiş müddəaların qanunvericilikdən çıxarılması zərurəti yaranıb. Belə ki, qanunvericilikdə mövcud olan bəzi istisnaların mövcudluğu, fərdi uçot sistemindəki proseslərin bütövlükdə elektronlaşmasına mane olur.

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının polikilinika - Sputnik Azərbaycan, 1920, 08.04.2021
SƏHİYYƏ
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib

Bu baxımdan, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun bəzi maddələrinə dəyişiklik edilməsi Əmək Məcəlləsinin müvafiq maddələrində də dəyişikliklərin edilməsi zərurətini yaradır. Qeyd olunanlara əsasən, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırlanmış dəyişiklik fərdi uçot sistemindəki müvafiq məlumatların çevik əldə edilməsini və əlavə xərclərin azaldılmasını nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 5 sentyabr 2018-ci il tarixli 258 nömrəli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid internet portalı üzərindən təqdim edilməsi məqsədilə "e-sosial.az" saytı istifadəyə verilib.

Yaradılmış bu imkan nəticəsində vətəndaşlar özlərinə aid əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları bu internet portalı vasitəsilə asanlıqla əldə edə bilirlər.

"Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi"ndə sığortaolunanlara məxsus sosial sığorta nömrəsi onların şəxsiyyət vəsiqəsinin FİN nömrəsi ilə əlaqələndirilib. Başqa sözlə, fərdi uçot sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi artıq sadəcə sosial sığorta nömrəsinin olmasını yetərli edib, sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilməsi öz aktuallığını və əhəmiyyətini itirib. Sosial sığorta şəhadətnaməsinin hazırlanması və sığortaolunanlara çatdırılması əlavə maliyyə xərci və vaxt itkisinə səbəb olur.

Dəyişiklik səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Xəbər lenti
0