CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə, Gürcüstan, Səudiyyə Ərəbistanı edib, biz nəyi gözləyirik?

© Photo : AZALСтойка регистрации пассажиров в аэропорту Гейдар Алиев, фото из архива
Стойка регистрации пассажиров в аэропорту Гейдар Алиев, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.04.2021
Abunə olmaq
"Bizə bununla bağlı müxtəlif qurumlardan da təkliflər daxil olur. Bütün bu təkliflərin müzakirəsi aparılır və dəyəndirilir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Millət vəkili Vüqar Bayramov Azərbaycana səfər qaydalarının yumşaldılmasını təklif edib. Deputat bildirib ki, yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq, bu qaydaların da dəyişdirilməsinə ehtiyac var: "Əksər hallarda turistlər səfərlərini öncədən planlaşdırırlar və bu sərt qaydaların saxlanması pandemiya yumşalacağı halda, ölkəmizə gələn turistlərin sayına təsir göstərə bilər.

Ресепшн отеля, фото из архива  - Sputnik Azərbaycan, 1920, 13.03.2021
CƏMİYYƏT
Azərbaycanda turizmin hansı növlərinə subsidiyalar verilə bilər?

Belə ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər. Bu o deməkdir ki, əgər bu meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PCR testi nəticəsi varsa da belə, ölkəmizə daxil ola bilməz".

V.Bayramov deyib ki, sərt karantinin tətbiq olunmadığı müddətdə də ölkəmizə gəlişlə bağlı sərt qaydalar qüvvədə saxlanılıb. Millət vəkili qeyd edib: "Bu baxımdan daha məqsədəuyğun olardı ki, müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin".

Turizm üzrə ekspert Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hal-hazırda pandemiyanın davam etdiyi Gürcüstan, Türkiyə və Səudiyyə Ərəbistanında hava yolu turistlərə açıqdır. Ekspert bildirir ki, hava limanlarında müəyyən qaydalar tətbiq etməklə ilkin etapda Türkiyə və Gürcüstan istiqamətindən gələn turistlərin qəbuluna başlamaq olar: "Bu addımı Türkiyə, həmçinin də Gürcüstan atır. Biz artıq bu xəstəliklə yaşamağı öyrəndik. Turizm mövsümünün başlamasını nəzərə alaraq Azərbaycan da səfər qaydalarını yumşaltmalı, ölkəmizə koronavirus testi neqativ olan turistlərin gəlməsinə şərait yaratmaldır".

Вид на город Валетта, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.04.2021
Bu Avropa ölkəsi turistlərə 200 avro ödəyəcək

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı müxtəlif təkliflərin müzakirəsi aparılır: "O cümlədən deputatın təklifi də nəzərimizdədir. Bizə bununla bağlı müxtəlif qurumlardan da təkliflər daxil olur. Bütün bu təkliflərin müzakirəsi aparılır və dəyərləndirilir".

Qeyd edək ki, pandemiya dövründə Azərbaycana turist axını əhəmiyyətli dərəcədə azalıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata əsasən, 2021-ci ilin ilk iki ayında Azərbaycana 72,1 min turist gəlib. Bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5,9 dəfə azalma deməkdir. Ölkəmizə gələnlərin əksəriyyəti daha çox qeyri-turizm məqsədilə səfər həyata keçiriblər. Bu müddətdə Gürcüstandan gələnlərin sayı 16,3 dəfə, Qazaxıstandan - 11,1 dəfə, Türkmənistandan - 10,0 dəfə, Özbəkistandan - 6,3 dəfə, Rusiya Federasiyasından - 5,1 dəfə, Ukraynadan - 4,5 dəfə, Böyük Britaniyadan - 4,4 dəfə, Belarusdan - 2,6 dəfə, İrandan - 2,5 dəfə, Türkiyədən - 2,3 dəfə azalıb.

Xəbər lenti
0