CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ilk dəfə sırf qadınlar üçün festival keçiriləcək

© Sputnik / Murad OrujovВид на Баку, фото из архива
Вид на Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.04.2021
Abunə olmaq
Festival çərçivəsində müxtəlif mövzularda müzakirələr aparılacaq, həmçinin ustad dərsləri və əl işlərinin satışı təşkil olunacaq.

BAKI, 13 aprel — Sputnik, Kəmalə Əliyeva. Cari ilin may ayının 6, 7 və 8-də Azərbaycanda onlayn formatda "Qadın Fest" xanımlar üçün festival keçiriləcək. Təşkilatçıların Sputnik Azərbaycan-a verdiyi məlumata görə, tədbirdə müxtəlif sahələri təmsil edən azərbaycanlı və əcnəbi spikerlər çıxış edəcəklər.

Девушка из украинской этнической группы в проекте The Ethnic Origins of Beauty - Sputnik Azərbaycan, 1920, 05.04.2021
FOTO
Etnik müxtəliflik: dünyanın bütün millətlərindən olan ən gözəl xanımlar - FOTO

Mütəxəssislər festival iştirakçıları ilə müxtəlif aktual mövzularda, o cümlədən qadınların mədəniyyətdə, elmdə, incəsənətdə və musiqidə rolu barədə müzakirələr aparacaqlar. Bundan əlavə, tədbir iştirakçıları müasir kosmetologiya, sağlam qidalanma, idmanın qadın sağlamlığına təsiri barədə faydalı məlumatlar əldə edəcəklər.

Daha sonra isə məşhur məşqçi və təlimatçılar onlayn rejimdə yoqa, zumba və pilates üzrə ustad dərsləri keçirəcəklər.

Tədbirin spikerləri xatxa-yoqa və pilates üzrə məşqçi Vəfa Əsgərova, psixoloqlar Fidan Namazova və Azad Bağırov, ginekoloq Xəyalə İsmayılova, "Qadın gücü" kitabının müəllifi Gülya Əliyeva, türkiyəli yazıçı Nilgün Bodur, uşaq həkimi Nərmin Məmmədova, diyetoloq Leyla Qədirova və başqa mütəxəssislərdir.

Festival çərçivəsində həmçinin uşaqlar üçün də ustad dərsləri keçiriləcək. Bundan əlavə, müxtəlif sənətkarların əl işlərinin satışı təşkil olunacaq, ifaçılar isə öz repertuarlarından müxtəlif kompozisiyalarla iştirakçıları feyziyab edəcəklər.

Xəbər lenti
0