CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qeydiyyatda olan narkomanların 618-i qadındır

© Depositphotos.com / AmixstudioШприцы и таблетки
Шприцы и таблетки - Sputnik Azərbaycan, 1920, 12.04.2021
Abunə olmaq
Narkotik maddə istifadəçisi kimi qeydiyyatda olanların 618-i qadın, 9-u 15-17 yaşlılar, 12969-u isə 18-34 yaşlı şəxslərdir

BAKI, 12 aprel — Sputnik. "Hazırda Respublika Narkoloji Mərkəzində qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 33788-dir". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov "Tibb Qəzeti"nə müsahibəsində deyib.

O bildirib ki, qeydiyyatda olanların 618-i qadın, 9-u 15-17 yaşlılar, 12969-u isə 18-34 yaşlı şəxslərdir. Şöbə müdiri bildirib ki, ötən il qeydiyyatda olan xəstələrin sayı 32 min 921 olub: "Amma bu artımı ölkədə narkotik maddə istifadəçilərinin sayının artması kimi də qəbul etmək düzgün olmaz. Düşünürəm ki, bu narkoloji mərkəzə müraciətlərin sayında olan dəyişikliklərdir".

Xəbər lenti
0