14:05 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
10 0 0

"Rəqəmsal faşizmlə mübarizə aparmaq olduqca vacibdir. Biz rəqəmsal faşizmlə mübarizə istiqamətində lazımi addımları atmağa başladıq" - Fahrettin Altun Bakıda deyib

BAKI, 10 aprel - Sputnik. Bu il Türk Şurasının ilk Zirvə görüşünün keçirilməsindən 12 il ötür. Ötən müddət ərzində Türk Şurası artıq dünyada önəmli bir platformaya çevrilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun aprelin 10-da Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında deyib.

Fahrettin Altun qeyd edib: “Bugünkü dünya 12 il əvvəlki dünya deyil. Türkiyəyə qarşı təhdidlər hələ də davam edir. Yeni təhdidlər qarşısında bizim türk dünyası olaraq birliklə olmağımız zərurətdir. Bu, qardaşlığımızın tələbidir”.

Türkiyə Prezidenti Administrasiyasının idarə sədri bildirib ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu, eyni zamanda, media sahəsində əlindən gələni əsirgəmədi. Türkiyə ilə Azərbaycan arasında yaradılmış media platforması önəmli bir örnək təşkil edir. Biz türkdilli dövlətlər bu platformanı genişləndirməli, daha da gücləndirməli və təhdidlərə qarşı birgə mübarizə aparmalıyıq.

Türk dünyasının əsas problemlərindən birinin dezinformasiyalarla mübarizə olduğunu deyən F.Altun vurğulayıb: “Rəqəmsal faşizmlə mübarizə aparmaq olduqca vacibdir. Biz rəqəmsal faşizmlə mübarizə istiqamətində lazımi addımları atmağa başladıq. Türkdilli ölkələr olaraq media platformasında səylərimizi birləşdirməli və bu bəlaya qarşı da birgə mübarizə aparmalıyıq”.

Əsas mövzular