CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda hava limanında həyəcan siqnalı - FOTO

© Photo : The Ministry of Emergency Situations of the Republic of AzerbaijanZabrat Hava Limanı ərazisində təlim
Zabrat Hava Limanı ərazisində təlim - Sputnik Azərbaycan, 1920, 10.04.2021
Abunə olmaq
XRXX-nin Kinoloji taborunun 10 nəfərdən ibarət şəxsi heyəti və 10 xüsusi təlim keçmiş xidməti iti əməliyyata cəlb olunub.

BAKI, 10 aprel — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) tərəfindən Zabrat Hava Limanı ərazisində təlim keçirilib. FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd şəxsi heyətin qanunsuz müdaxilə aktlarının qarşısının alınması üzrə vərdişlərinin təkmilləşdirilməsi olub.

1/3
2/3
3/3
1/3
2/3
3/3

Təlimə XRXX-nin Kinoloji taborunun 10 nəfərdən ibarət şəxsi heyəti və 10 xüsusi təlim keçmiş xidməti iti cəlb olunub.

Təlim zamanı kinoloji taborun əməkdaşları sərnişinlərin və xidməti personalın təxliyəsi, şərti partlayıcı qurğunun aşkar edilməsi, zərərsizləşdirilməsi və digər operativ tədbirlər üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər.

Xəbər lenti
0