07:46 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
6310

"O asılı bloklar dayanıqsızdır. Hər an qopub düşə bildiyindən orada işləmək mümkün deyil. Ona görə də gözləyirlər ki, yağışların miqdarı azalsın" - ETSN rəsmisi.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. "Hazırda ölkədə ən ağır durum Badamdardakı sürüşmə zonasındadır. Orada proseslər dayanmayıb. Gərgin vəziyyət qalmaqdadır". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, Badamdar sürüşmə zonasında vəziyyət stabilləşmədiyi üçün bərpa işləri görmək mümkün deyil: "Orada yamac dikdir, hamarlanma işləri yoxdur, mövsümi xarakterli yağışların olması isə ərazidə aktivləşməni gündəmdə saxlayır".

Ə.Əliyev bildirib ki, ərazidə drenaj quyuları qazmaqla qrunt sularını götürməyə cəhd edilir: "Bu iş ona görə aparılır ki, qrunt suları sürüşməni intensivləşdirməsin. Amma orada sərt yamac olduğundan yuxarıda bəzi bərkidici tədbirlər icra edilən zaman mövsümi xarakterli yağışlar yamacı isladır. Maillik çox olduğundan ağırlıq qüvvəsinin təsirindən sürüşmə prosesi baş verir. Vəziyyət ona görə gərgindir ki, yamacda asılı bloklar qalır. O asılı bloklar dayanıqsızdır. Hər an qopub düşə bildiyindən orada işləmək mümkün deyil. Ona görə də gözləyirlər ki, yağışların miqdarı azalsın, bir az quru vəziyyət yaransın ki, torpaq qatını götürsünlər. Bundan sonra ərazidə müvafiq işlər görüləcək".

Teqlər:
təhlükə, sürüşmə, Badamdar

Əsas mövzular