11:01 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
4720

"Qarabağ zonasında yetişən xarı-bülbül bizim üçün yeni bir növ hesab edilir. Bu növ, yəni, əsl xarı-bülbül 4 ildən sonra gül açmağa başlayır. Onun gül açması aprel-iyun aylarında olur" - Rüfal Əmiraslanov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Xarı-bülbül Qarabağımızın, azadlığımızın, eləcə də 44 günlük müharibədəki qələbəmizin rəmzidir. Bu gün uşaqdan böyüyə hər kəsin dilində dillər əzbəri olan, adına mahnılar qoşulan xarı-bülbül. Vətən bağının ən al-əlvan gülü hesab olunur. Yaxın zamanadək hər kəs bu gülün yalnız zəngin Qarabağ torpağında yetişdirildiyini düşünürdü. Lakin bu gül nəinki Qarabağda, repsublikanın digər ərazilərində də bitir. Sadəcə olaraq bu növlər Qarabağ xarı-bülbülü kimi təkrarsız, əvəzolunmaz ola bilməz.

Bakının Zirə qəsəbəsində yerləşən 120 nömrəli məktəbin peşə təmayüllü siniflərindən birində gələcək aqronomlar tərəfindən də əsrarəngiz xarı-bülbül yetişdirilib.

© Sputnik / Nigar Iskanderova
Bakının Zirə qəsəbəsində yerləşən 120 nömrəli məktəbin peşə təmayüllü siniflərindən birində xarı-bülbül yetişdirilib

Sputnik Azərbaycan olaraq bu əsrarəngiz gülün yetişdirildiyi məktəbə baş çəkdik, onun yetişdirilməsi, saxlanma prosesi haqda məlumat aldıq. Peşə təmayüllü sinfin kənd təsərrüfatı ixtisası üzrə mütəxəssisi Hicran Kərimova şagirdlərlə bərabər yetişdirdiyi xarı-bülbülün özəlliklərindən danışır: "Gələcəyin aqronomları üçün xarı-bülbülü Bakı iqlimində yetişdirmək böyük bir uğurdur. Bu gül payızda cücərir, yazda çiçəkləyir, yay aylarında isə yatır. Bu gül orxideyanın bir növü hesab edilir. Onunla çox həssas davranmaq lazımdır. Bu gül hava ilə qidalanır, onu çox suvarmaq olmaz. Xüsusən də birbaşa suvarmaq olmaz. Onu ancaq püskürtmə yolu ilə suvarmaq olar".

II Qarabağ müharibəsinin başlaması ilə əlaqədar şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq start verilən "Xarı-bülbül" layihəsi çərçivəsində bu gülün ilk çiçəkaçma tarixi 20 yanvara təsadüf edib. 

© Sputnik / Nigar Iskanderova
Rüfan Əmiraslanov

Aqronomun 10-cu sinif şagirdləri ilə birgə yetişdirdiyi xarı-bülbül bütün məktəblilər tərəfindən xüsusi maraqla qarşılanır. 1-ci sinifdən 11-ci sinifədək hər kəs artıq məktəbdə yetişdirilən xari-bülbüllə əyani olaraq tanış olub.

10 B sinif şagirdi Sənan Bağırov da xarı-bülbül yetişdirənlərdəndir. O, bu işi böyük sevgi ilə gördüyünü deyir. Digər şagird Nigar da bu işi sevə-sevə gördüyünü, hətta nəticənin belə, onlar üçün gözlənilməz olduğunu deyir.

Artıq xarı-bülbülü Zirədə açıq satışda da görmək mümkündür. Zirədə gülçülüklə məşğul olan və bu sahədə məşhurlaşan Rüfan Əmiraslanov isə deyir ki, hazırda Bakıda satışda olan, yetişdirilən xarı-bülbüllə Şuşadakı növ bir-birindən fərqlənir: "İkisi də xarı-bülbüldür, sadəcə olaraq Şuşada yetişən xarı-bülbül Lənkəran, Astara, Xızı və digər yerlərdə yetişən növdən qat-qat gözəl və möhtəşəmdir. Qarabağ zonasında yetişən xarı-bülbül bizim üçün yeni bir növ hesab edilir. Bu növ, yəni, əsl xarı-bülbül 4 ildən sonra gül açmağa başlayır. Onun gül açması aprel-iyun aylarında olur. Lakin mənim yetişdirdiyim xarı-bülbül 3-6 həftədə formalaşmağa başlayır. Abşeron yarımadasında yarımkölgəlik olan ərazidə bu bitkini yetişdirmək mümkündür".

  • Zirədə xarıbülbül
    © Sputnik / Nigar Iskanderova
  • Bakının Zirə qəsəbəsində yerləşən 120 nömrəli məktəbin peşə təmayüllü siniflərindən birində xarı-bülbül yetişdirilib
    © Sputnik / Nigar Iskanderova
  • Bakının Zirə qəsəbəsində yerləşən 120 nömrəli məktəbin peşə təmayüllü siniflərindən birində xarı-bülbül yetişdirilib
    © Sputnik / Nigar Iskanderova
  • Bakının Zirə qəsəbəsində yerləşən 120 nömrəli məktəbin peşə təmayüllü siniflərindən birində xarı-bülbül yetişdirilib
    © Sputnik / Nigar Iskanderova
  • Bakının Zirə qəsəbəsində yerləşən 120 nömrəli məktəbin peşə təmayüllü siniflərindən birində xarı-bülbül yetişdirilib
    © Sputnik / Nigar Iskanderova
  • Bakının Zirə qəsəbəsində yerləşən 120 nömrəli məktəbin peşə təmayüllü siniflərindən birində xarı-bülbül yetişdirilib
    © Sputnik / Nigar Iskanderova
1 / 6
© Sputnik / Nigar Iskanderova
Zirədə xarıbülbül

"Uzun müddətdir ki, Qarabağ xarı-bülbülünü araşdırırdım. Bu gülün soğanı, yəni toxumu ancaq qara torpaqda yetişdirilir. Əks halda, bitkinin kökü nəmişlik görə bilmədiyindən tələf ola bilər. Bu bitki dağ havasını, sərini çox sevir", - deyə o əlavə edir.

O, yaxın gələcəkdə məhz Qarabağ növü olan bu gülün istehsalına başlamaq istədiyini deyir: "Yaxın gələcəkdə Qarabağın xarı-bülbülünü istehsal edib, xaricə də ixrac etməyi planlaşdırırıq".

Əsas mövzular