CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yenilik metropolitendə xərcləri artıra bilərmi?

© Sputnik / Murad OrujovBakı metrosu açılşdan sonra
Bakı metrosu açılşdan sonra - Sputnik Azərbaycan, 1920, 09.04.2021
Abunə olmaq
"Gedişhaqqının mobil telefon və digər elektron cihazlarla ödənilməsi üçün işlər görülür. Lakin hələlik ki, bu istiqamətdə konkret bir iş yoxdur" - Bəxtiyar Məmmədov.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Artıq bəzi ölkələr ictimai nəqliyyatda ödəmənin QR kod vasitəsilə həyata keçirilməsini reallaşdırıb. Bu rəqəmsal seçim sərnişinlərə heç bir əlavə təmas olmadan səfər etməyə imkan verir və sürətli keçidi təmin edir.

Bununla onlayn yükləmə sistemi də aktiv olacaq. Belə ki, Android və ya İOS vasitəsilə onlayn bilet aldıqdan sonra telefonu ekrana yaxınlaşdırıb QR kod məlumatı oxutmaqla ödənişi etmək mümkün olacaq.

В Бакинском метро - Sputnik Azərbaycan, 1920, 07.04.2021
Bakı metropoliteni aylardır işləmir, bəs işçiləri nə edir?

Bəzi ölkələrdə artıq istifadədə olan xüsusi applikasiyalar vasitəsilə isə gündəlik olaraq 10 istiqamətə gediş haqqı əldə etmək mümkün olur. Yəni, sərnişinlər konkret bir müddət çərçivəsində deyil, istədikləri vaxtda, hətta bir neçə il sonra yüklədikləri gediş haqqından yararlana biləcəklər.

1994-cü ildə kəşf olunan QR kod son bir neçə ildə Android və İOS dəstəkləyən telefon, planşetlərin sayəsində daha da məşhurlaşıb.

Metroda gediş haqqının rahat ödənilməsi üçün bu sistemi tətbiq etmək olarmı, Azərbaycanda necə, bu mümkündürmü?

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bu barədə Sputnik Azərbaycan-a danışıb: "Baku Transit Forum 2021 Smart City" tədbirində çıxış edən "Bakı Metropoliteni" QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov bu istiqamətdə işlərin görüldüyünü deyib. Yəni, o demək deyil ki, metropolitenin fəaliyyəti bərpa olunanda bu sistemlər qoşulacaq. Qeyd edim ki, hələ bu istiqamətdə işlər aparılır. Lakin konkret tətbiqindən danışmaq üçün erkəndir. Bunun üçün konkret vəzifələr müəyyənləşməli və praktiki işlərə başlanılmalıdır".

"Yəni, gedişhaqqının mobil telefon və digər elektron cihazlarla ödənilməsi üçün işlər görülür. Lakin hələlik ki, bu istiqamətdə konkret bir iş yoxdur", - deyə o əlavə edib.

Поезд Азербайджанских железных дорог  - Sputnik Azərbaycan, 1920, 30.03.2021
İQTİSADİYYAT
"Azərbaycan Dəmir Yolları"nda və "Bakı Metropoliteni"ndə Müşahidə Şurası yaradıldı

O bildirir ki, bununla bağlı texniki məsələlərdən və vasitələrin tətbiqindən də yalnız konkretlik müəyyən olunduqdan sonra söz açmaq mümkündür.

Bəs bunun üçün xüsusi aparatların gətirilməsinə zərurət yaranarsa, yəni xərclər çıxarsa, gediş haqqı arta bilərmi? İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Əslində belə bir sistemin yaradılması bahalı deyil. Bunun üçün sadəcə olaraq proqram təminatını həyata keçirtmək lazımdır. Proqram təminatı olduqdan sonra mobil telefonlar vasitəsilə ödənişi etmək mümkündür. Təbii ki, bunun üçün telefonda proqram olmalıdır".

"Metropoliten çoxdandır ki, bəyan edir ki, bizdə gedişhaqqı maya dəyərindən aşağıdır. Növbəti addım kimi, QR kodlar üçün aparatların quraşdırılmasını əsas götürərək Tarif Şurasına müraciət edə bilər. Belə ehtimal var", - deyə o əlavə edib.

Xəbər lenti
0