11:21 21 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0446
  • RUB0.0221
CƏMİYYƏT
Qısa URL
36 0 0

Qərb küləyi əsəcək, arabir 18-23 m/s, 10-11-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

BAKI, 8 aprel — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 9-dan 10-na keçən gecədən başlayaraq 12-dək şimal-qərb küləyinin əsəcəyi, 15-20, arabir 23-25 m/s, 10-u gün ərzində, 11-i gecə və səhər bəzi yerlərdə arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Sputnik Azərbaycan bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Azərbaycanın əsasən şimal və qərb rayonlarında aprelin 10-u günün ikinci yarısından 12-si gündüzədək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, arabir 18-23 m/s, 10-11-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Teqlər:
külək, yağış, xəbərdarlıq, hava

Əsas mövzular