CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil naziri distant təhsilin problemlərindən danışdı

© AP Photo / Jae C. HongДистанционное образование, фото из архива
Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.04.2021
Abunə olmaq
Əmrullayev bildirir ki, hər bir qəsəbədə obyektiv səbəbə görə internet problemini qısa müddətdə həll etmək mümkün deyil.

BAKI, 8 aprel — Sputnik. "Əyani təhsil mümkün deyilsə, distant təhsil yeganə çarə olur. Düşünürəm ki, distant təhsilin günbəgün, aybaay keyfiyyəti artır. Distant təhsil kifayət qədər böyük stress və rahatsızlıq yaradır. Biz bunu başa düşürük. Cəmiyyətdə belə bir təəssürat yaranmamalıdır ki, təhsil naziri bunu bilmir, xəbərsizdir. Biz distant təhsilə pandemiyanın törəməsi kimi baxmalıyıq, nəinki bütün problemlərin əsas səbəbkarı kimi".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə təhsil naziri Emin Əmrullayev "AzTV"-dəki çıxışı zamanı deyib. O bildirib ki, bəzi problemlərin qısa müddətdə həlli mümkün deyil: "Məsələn, qısa müddətdə hər bir qəsəbədə obyektiv səbəbə görə internet problemini qısa müddətdə həll etmək mümkün deyil. Azərbaycanın kəndlərində, bölgələrində distant təhsilə keçid daha böyük problemlər özünü daha ciddi şəkildə göstərdi. Bu səbəbdən də teledərslər keçirilir. Belə bir məqamda valideynlərin üzərinə daha böyük məsuliyyət düşür. Yaxud da bütün müəllimlərimizin distant təhsili eyni keyfiyyətdə verməsi kifayət qədər çətindir".

Xəbər lenti
0