CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcbari tibbi sığorta haqqını ödəməyənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər

© AFP 2023 / JEAN-SEBASTIEN EVRARDСтетоскоп, фото из архива
Стетоскоп, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.04.2021
Abunə olmaq
İcbari tibbi sığorta haqqını ödəməkdən yayınmaya görə cinayət məsuliyyəti müəyyənləşir. Bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

BAKI, 7 aprel — Sputnik. İcbari tibbi sığorta haqqını ödəməyənlər məsuliyyətə cəlb ediləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklikdə icbari tibbi sığorta haqlarını ödəməkdən yayınmanın cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

Xəbər lenti
0