CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Ordusunun kəşfiyyat bölmələri döyüş hazırlığı məşğələlərində - VİDEO

© AR Ministry of DefenceKəşfiyyat bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər
Kəşfiyyat bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər - Sputnik Azərbaycan, 1920, 07.04.2021
Abunə olmaq
Praktiki dərslərdə əsas diqqət Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla kəşfiyyatçıların gündüz və gecə vaxtı, məhdud görünüş və istənilən hava şəraitində, dağlıq və digər mürəkkəb relyefli ərazilərdə fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib.

BAKI, 7 aprel — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Azərbaycan Ordusunun kəşfiyyat bölmələri ilə müvafiq məşğələlər keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Xəbər lenti
0