19:53 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
CƏMİYYƏT
Qısa URL
153110

İstəsəm, indi bunları da sata bilərəm, satmıram. Müasirdə nə var ki, nə varsa köhnədə var. O dövrün "Molla Nəsrəddin"ində də real problemlərə ayna tutulurdu"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Ötən əsrin əvvəllərini, Azərbaycan tarixinin 25 illik dövrünü özündə birləşdirən "Molla Nəsrəddin" jurnalının bütün nömrələri bu gün Azərbaycanda yaşayan yəhudi əsilli Eduard Şamaryayev tərəfindən qorunaraq saxlanılır. Birinci sayı 1906-ci il aprelin 7-də Tiflisdə (köhnə təqvimlə 20-də) işıq üzü görən jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Təsisçisi Ömər Faiq Nemanzadə, redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

  • "Molla Nəsrəddin" jurnalı
    © Sputnik / Nigar Iskanderova
  • "Molla Nəsrəddin" jurnalı
    © Sputnik / Nigar Iskanderova
  • "Molla Nəsrəddin" jurnalı
    © Sputnik / Nigar Iskanderova
  • "Molla Nəsrəddin" jurnalı
    © Sputnik / Nigar Iskanderova
  • "Molla Nəsrəddin" jurnalı
    © Sputnik / Nigar Iskanderova
1 / 5
© Sputnik / Nigar Iskanderova
"Molla Nəsrəddin" jurnalı

Bəlkə də çoxlarının görmək, oxumaq və toxunmaq istədiyi jurnallara baxmaq, onları səhifələmək eşqi ilə Sputnik Azərbaycan Eduard Şamaryayevin Qobuda yerləşən emalatxanasına baş çəkdi. Şamaryayev deyir ki, o elə özünü dərk edəndən, təxminən 1993-cü ildən bu nümunələri toplamağa başlayıb: "15-16 yaşlarımda "Bit bazarı"nda qədimi əşyalar satıb pul qazanırdım. O zamanlar ingilis alıcılarım da olurdu. Mən onlarla ingiliscə danışırdım, yaxşı da pul qazanırdım. Hələ ondan bir qədər də əvvəl, təxminən 1993-cü ildən məndə kolleksiya yığmağa maraq yaranmışdı. Beləcə, bir çox jurnalları, o cümlədən də "Molla Nəsrəddin"i yığmağa başladım. İstəsəm, indi bunları da sata bilərəm, satmıram. Müasirdə nə var ki, nə varsa köhnədə var. O dövrün "Molla Nəsrəddin"ində də real problemlərə ayna tutulurdu. Görülən eybəcərliklər satirik janrda karikaturalarda əksini tapırdı. Mən onları toplamışam, imkan olduqca oxuyuram da. Yəqin ki, təqaüdə çıxdıqda onları araşdıracağam. Adi bir-iki məktubu oxuyanda belə adama maraqlı gəlir. Bütün bunlar zaman maşınıdır".

© Sputnik / Nigar Iskanderova
Atkritkalar və molla nəsrəddin kolleksiyları

Şamaryayev "Molla Nəsrəddin"lə yanaşı, "Birja" qəzetinin də bütün nüsxələrini toplayıb, mühafizə edir. Kolleksiyada həmçinin həmin nömrələrin rəngli variantlarına da rast gəlmək mümkündür. Kolleksiyada həm ərəb, həm də latın əlifbasıyla yazılmış müxtəlif nüsxələr, eyni zamanda dahi rəssam Əzim Əzimzadənin sırf bu jurnal üçün çəkdiyi bütün karikaturalar var. Əzim Əzimzadənin çəkdiyi bu karikaturalar o dövr üçün bir inqilab hesab olunurdu.

Bəs bunları haradan əldə etmisiz, necə toplamısız sualına cavab olaraq Şamaryayev bu haqda geniş danışmaq istəmədiyini bildirib: "Bunları tapmışam. Məsələn, "Molla Nəəsrəddin"i auksiondan almamışam, amma digərlərini auksionlardan da almışam. Elələri olub ki, tullanılıb, mən götürüb saxlamışam, qorumuşam. Məndə olan "Molla Nəsrəddin"in nüsxələrinin çoxu tamdır".

© Sputnik / Nigar Iskanderova
"Molla Nəsrəddin" jurnalı

Söhbət edə-edə tarixə toxunub "Molla Nəsrəddin"in ilk, ən köhnə nümunələrini əlimizə alaraq vərəqləyirik. Burada ermənilərin bəd əməllərinin pislənilməsindən tutmuş, "Binəqədidən" başlıqlı məktubları da görmək mümkündür.

"Camaat tullayanda mən onları yığıram", - deyən Eduard Şamaryayevin kolleksiyaları yalnız bununla bitmir. Onun eyni zamanda marka, teleqram kolleksiyası, qədimi "İncil"ləri də var. O, danışan tarixi toplayıb onu yaşatmaqdan, tanıtmaqdan xüsusi zövq alır. Lakin kağızdan olan nümunələrə digərləri ilə müqayisədə daha həssas yanaşır: "Kağızdan olan kolleksiyaları qorumaq üçün xüsusi qoruyuculardan, vasitələrdən istifadə edirəm ki, onlara qurd düşməsin. Ona görə kağızdan olan nələrisə toplamaqdan qorxuram. Çünki qurd düşəndə deşik-deşik olur. Mənə  çatanadək bu nümunələrin bir hissəsini qurd yeyib. Amma əlimə çatanların heç biri sonradan zərər görməyib".

Əsas mövzular