CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi həbs olunub

© AFP 2023 / LUIS ROBAYOМужчина в наручниках в полицейском участке, фото из архива
Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.04.2021
Abunə olmaq
İsmayılov ötən gün Binəqədi Rayon Məhkməsində hakim qarşısında çıxarılıb və  barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

BAKI, 6 aprel — Sputnik. “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbs olunub.

Bu barədə APA-ya onun vəkili Gülnar Quluzadə məlumat verib.

O bildirib ki, İlqar İsmayılov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət  Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək saxlanılıb.

İsmayılov ötən gün Binəqədi Rayon Məhkməsində hakim qarşısında çıxarılıb və  barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti
0