CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Göyçayda restoranda nişan mərasimi keçirənlər cərimələndi

© AFP 2023 / MIGUEL MEDINA Обручальные кольца, фото из архива
 Обручальные кольца, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.04.2021
Abunə olmaq
Xüsusi karantin rejimi qaydalarını pozduqları üçün K.Məmişova, qonaqlar və restoran işçiləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

BAKI, 5 aprel — Sputnik. Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən reydlər zamanı şəhər ərazisində yerləşən restoranların birində karantin rejimi qaydalarının pozularaq, nişan mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin obyektə gəlib və rayon sakini Kəmalə Məmişovanın qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.

Xüsusi karantin rejimi qaydalarını pozduqları üçün K.Məmişova, qonaqlar və restoran işçiləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Xəbər lenti
0