14:06 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
CƏMİYYƏT
Qısa URL
10 0 0

Mərasimdə 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, igid Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi şücaətdən, qazanılan tarixi qələbədən danışılıb.

BAKI, 2 aprel — Sputnik. Aprelin 2-də Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları Aprel döyüşlərinin 5-ci ildönümü ilə bağlı şəhidlərimizin məzarını ziyarət edib və üzərinə əklil qoyub, gül dəstələri düzüblər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi dərin ehtiramla yad edilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Mərasimdə 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, igid Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi şücaətdən, bir sıra vacib yüksəkliklərin və yaşayış məntəqəsinin azad edilməsindən, qazanılan tarixi qələbədən danışılıb.

Bildirilib ki, şəhidlərimizin qisası yerdə qalmayıb. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmənə ağır zərbələr endirilib və müharibə ordumuzun böyük qələbəsi ilə başa çatıb.

Teqlər:
ziyarət, məzar, aprel şəhidləri

Əsas mövzular