CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün səmənilərlə vida günüdür - FOTO

© Sputnik / Leyla Abdullayeva"Səməniatma" mərasimi
Səməniatma mərasimi - Sputnik Azərbaycan, 1920, 02.04.2021
Abunə olmaq
Quba rayonunun əhalisi çox qədim və maraqlı səməniatma mərasimini hər il qeyd edir. Əvvəllər Qudyalçayın sahilinə yığışanlar indi öz kəndlərinin kiçik çayı ilə kifayətlənirlər.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. Hər bölgənin özünəməxsus adət-ənənəsi var. Quba rayonunun əhalisi də çox qədim və maraqlı səməniatma mərasimini hər il qeyd edir. Novruz bayramında becərilən səməni başqa yerə atılmaz. Bayramdan 14 gün sonra, yəni aprel ayının 2-də hər kəs evdəki səmənisini çaya atıb niyyət edər. Əsasən insanların çoxu Qudyalçay ətrafına toplaşar və səmənini də elə həmin çaya atar.

İki ildir ki, pandemiya ilə əlaqədar insanların toplaşmasına icazə verilmədiyindən insanlar səmənini öz kəndlərindəki çaylara atmağa üstünlük verirlər.

© Sputnik / Leyla Abdullayeva"Səməniatma" mərasimi
Bu gün səmənilərlə vida günüdür - FOTO - Sputnik Azərbaycan, 1920, 02.04.2021
"Səməniatma" mərasimi

Quba rayon sakini Nuriyyə Abdullayeva səməniatma adəti ilə bağlı maraqlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb:

"Bu bayram bizə dədə-babalarımızdan miras qalıb. Bu bir az da inanclarla bağlıdır. Novruz bayramından sonra hər kəs bu mərasimi səbirsizliklə gözləyirdi. Rayon sakinləri səhər durub səmənilərini götürüb Qudyalçayın ətrafına gələr, niyyət tutub səmənini suya atardılar. Kimisi oğlunun hərbi xidmətdən sağ qayıtmasını, övladı olmayanlar övlad, xəstələr isə şəfa arzulayardılar. Kimin niyyəti çin olardı, növbəti ildə həmin bayramda nəzir verər, şirniyyat paylayardı.

© Sputnik / Leyla Abdullayeva"Səməniatma" mərasimi
Bu gün səmənilərlə vida günüdür - FOTO - Sputnik Azərbaycan, 1920, 02.04.2021
"Səməniatma" mərasimi

Pandemiya qaydalarına uyğun olaraq ikinci ildir ki, biz səmənilərimizi kimin evinə yaxın çay varsa, gedib oraya atırıq. Düşünürəm ki, məkan önəmli deyil. Əsas odur ki, inancın güclü olsun".

Biz də bütün qubalıları bu bayram münasibətilə təbrik edirik!

Xəbər lenti
0