CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda mükəmməllik üçün üç küçə qaldı

© Baku Transport AgencyАвтобус на спецполосе в Баку, фото из архива
Автобус на спецполосе в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.04.2021
Abunə olmaq
Zolaqların təşkilində əsas məqsəd müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətini təmin etməkdir

BAKI, 2 aprel — Sputnik. Bakı Nəqliyyat Agentliyi 7 küçə və prospektdə xüsusi avtobus zolaqlarının təşkilini yekunlaşdırıb.

Agentliyin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda A.M.Şərifzadə, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqlarının təşkili istiqamətində müvafiq işlər görülür: "Bunun üçün ilk növbədə layihələndirmə işləri aparılır. Seçilmiş küçə və prospektlər avtobusların hərəkət intensivliyi baxımından paytaxtın ictimai nəqliyyat dəhlizləri hesab olunur. Sadalanan yollarda gün ərzində yüz minlərlə ictimai nəqliyyat istifadəçisi hərəkət edir. Ümumilikdə 10 küçə və prospektdə xüsusi zolaqlar yaradılacaq. Zolaqların təşkilində əsas məqsəd müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətini təmin etməkdir.

Xatırladaq ki, Qara Qarayev, Gəncə və Atatürk prospektləri, Mikayıl Hüseynov, Rəşid Behbudov, Əhməd Rəcəbli, Məhəmməd Hadi küçələrində xüsusi avtobus zolaqları salınıb.

Xəbər lenti
0