CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Respondentlərin çoxu ailəsinə məxsus mənzildə yaşayır

© pixabay / JesusManuel1Ключ в замке двери, фото из архива
Ключ в замке двери, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.04.2021
Abunə olmaq
Keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 58,2%-i ailəsinə məxsus mənzildə, 19,1%-i kirayə şərtilə, 11,5%-i isə şəxsi mülkiyyətində olan mənzildə yaşadıqlarını qeyd ediblər.

BAKI, 1 aprel — Sputnik. Media Təhlil Mərkəzi əhalinin ipoteka kreditləşməsinə etibar səviyyəsini öyrənmək məqsədilə sorğu keçirib. Sorğuda iştirak edən 745 respondentin 38%-ni qadınlar, 62%-ni kişilər təşkil edib. Bu barədə mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirlib.

Keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 58,2%-i ailəsinə məxsus mənzildə, 19,1%-i kirayə şərtilə, 11,5%-i isə şəxsi mülkiyyətində olan mənzildə yaşadıqlarını qeyd ediblər.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə mənzil sahibi olanlar sorğu iştirakçılarının 4,3%-ni, şirkətdaxili ipoteka krediti ilə aldığı mənzildə yaşayanlar 0,5%-ni, müvəkkil banklar vasitəçiliyi ilə aldığı mənzildə yaşayanlar isə 0,5%-ni təşkil edir. Sosial ipoteka şərti ilə mülkiyyət sahibi olanlar isə cavab verənlərin 0.3%-ni təşkil edir.

Cavabların təhlilinə əsasən, respondentlərin 75,8%-i dövlət zəmanəti ilə təqdim olunan ipoteka şərtlərinə, 13,7%-i tikinti şirkətlərinin təklif etdiyi daxili kreditləşməyə, 10,5%-i isə bankların daxili kredit şərti ilə təqdim olunan ipotekaya etibar edir. Sorğuda iştirak edənlərin 88,5%-i tikintisi ilkin mərhələdə olan (bünövrəsi qoyulan) binadan mənzil almağı məqsədəuyğun hesab etməsə də, 11,5%-i bu üsulla mənzil sahibi olmağı normal qəbul edib.

Xəbər lenti
0