CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zakir Həsənov Selçuk Bayraktarla görüşüb, əməkdaşlıq məsələləri müzakirə olunub - FOTOLAR

© AR Ministry of DefenceZakir Həsənov Selçuk Bayraktarla görüşüb
Zakir Həsənov Selçuk Bayraktarla görüşüb - Sputnik Azərbaycan, 1920, 01.04.2021
Abunə olmaq
Bildirilib ki, Azərbaycan Ordusunun silahlanmasında olan "Baykar" şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA) hərbi potensialımızı əhəmiyyətli dərəcədə gücləndirib.

BAKI, 1 aprel — Sputnik. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, qonaqları salamlayan Müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb.

İki dövlət arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb.

© AR Ministry of DefenceZakir Həsənov Selçuk Bayraktarla görüşüb
Zakir Həsənov Selçuk Bayraktarla görüşüb, əməkdaşlıq məsələləri müzakirə olunub - FOTOLAR - Sputnik Azərbaycan, 1920, 01.04.2021
Zakir Həsənov Selçuk Bayraktarla görüşüb

Bildirilib ki, Azərbaycan Ordusunun silahlanmasında olan "Baykar" şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA) hərbi potensialımızı əhəmiyyətli dərəcədə gücləndirib. Həmin PUA-ların Vətən müharibəsində effektiv tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulub, onun xeyli sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilib.

Görüşdə tərəflər Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini də müzakirə ediblər.

© AR Ministry of DefenceZakir Həsənov Selçuk Bayraktarla görüşüb
Zakir Həsənov Selçuk Bayraktarla görüşüb, əməkdaşlıq məsələləri müzakirə olunub - FOTOLAR - Sputnik Azərbaycan, 1920, 01.04.2021
Zakir Həsənov Selçuk Bayraktarla görüşüb

 

Xəbər lenti
0