17:52 15 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
CƏMİYYƏT
Qısa URL
75 0 0

Müəssisə və yaxud şirkət rəhbərləri Müşahidə Şurasında ortaya qoyulan proqramlara və strategiyaya uyğun olaraq sərəncam vermək hüququna sahib olacaqlar.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 1 aprel — Sputnik. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla bir neçə dövlət şirkəti yanında Müşahidə Şuraları yaradılıb. Müşahidə Şuralarına uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək, xərclər və gəlirlər smetasını təsdiq və onun icrasına nəzarəti həyata keçirmək kimi vacib səlahiyyətlər verilib.

Sputnik Azərbaycan Müşahidə Şuralarının yaradılma səbəblərini araşdırıb. Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, bütövlükdə hazırda dövlət şirkətlərində idarəetmənin yaxşılaşdırılması ilə bağlı addımlar atılmaqdadır: “Təəssüf ki, dövlət şirkətlərinin əksəriyyətinin fəaliyyəti səmərəsizdir və ziyanla işləyir. Bu isə idarəetmənin təkmilləşdirilməsini zəruri edir. Onlar öhdəliklərinə düşən funksiyaları icra etməkdənsə, əlavə yükə çevriliblər. Daima dövlət zəmanəti ilə götürülən kreditlər, dotasiyalar dövlətin yükünü ağırlaşdırır. Halbuki, onların fəaliyyəti dövlət büdcəsini vəsaitlə təmin etməlidir. Bu həm də özəl sektordakı korporativ idaəretmə sisteminin dövlət sektoruna gətirilməsidir”.

Hüquqşünas qeyd edib ki, indiyə qədər bu şirkətlərin rəhbərlərinin əlində böyük səlahiyyətlər var idi və onlar nəzarətsiz formada fəaliyyət göstərirdilər:

“Bu, tarazlığın pozulması idi. Kiminsə qarşısında hesabatlı olmadıqlarından rəhbərlik etdikləri sahələrdə istədikləri kimi sərəncam verirdilər. Əslində Müşahidə Şurasının yaradılması hesabatlılığı artıracaq, müəssisənin strateji vizyon məsələlərini həll edəcək. Daxil olan vəsaitlərin xərclənmə istiqamətləri, gəlirlərin artırılması üçün atılacaq addımlarla bağlı qərarlar Müşahidə Şurasında qəbul olunacaq. Müəssisə və yaxud şirkət rəhbərləri Müşahidə Şurasında ortaya qoyulan proqramlara və strategiyaya uyğun olaraq sərəncam vermək hüququna sahib olacaqlar. Yəni artıq istədiyi qədər, istədiyi kimi sərəncam vermək erası bitib. Düşünürəm ki, bu, səmərəliliyin artırılmasında diqqət çəkən amillərdən biridir”.

Əliməmməd Nuriyev vurğulayıb ki, Müşahidə Şurasının tərkibində sadəcə dövlət qurumlarının nümayəndələri deyil, həmçinin vətəndaş cəmiyyətinin, media nümayəndələrinin təmsil olunması yaxşı olardı: “Bununla həmin qurumların inklüzivliyi, yəni əhatəliliyi təmin edilmiş olardı. Təsəvvür edin, müəssisədə Müşahidə Şurası var, ancaq orada əmək kollektivinin nümayəndəsi təmsil edilmir. Bu, şəffaflıq və hesabatlılıq məsələləri ilə birbaşa bağlıdır. Hesab edirəm ki, qeyd etdiyim məqamlar gələcək dövrlərdə nəzərə alınacaq. Təmsilçiliyin bu səviyyədə əhatəli olması Müşahidə Şurasının müstəqilliyinə təsir göstərir. O baxımdan, maraqlar toqquşması kimi amillərə diqqət yetirilməlidir. Müstəqil monitorinq qiymətləndirmə sisteminin yaradılması da mühüm məsələdir. Dövlət şirkətləri təkcə Müşahidə Şuraları qarşısında deyil, eyni zamanda, cəmiyyət üçün də hesabatlı olmalıdır. Ümid edirəm ki, Müşahidə Şurasının yaranması qurumlarda qeyd etdiyim ənənələrin formalaşmasını təmin edəcək”.

Teqlər:
Müşahidə Şurası, rəhbər, şirkət, qərar, ofis

Əsas mövzular