CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik rəsmisindən "təsəlli" - onlara ən yüksək cəriməni yazmışıq

© AFP 2023 / KARIM SAHIBАрабский охотник. Архивное фото
Арабский охотник. Архивное фото - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Abunə olmaq
"Onlara 4056 manat cərimə təyin edilib. Həmin şəxslərin cərimələrinin tam ödənilməsi təmin edilib" - Bəhruz Məhəmmədov

BAKI, 30 mart — Sputnik. "Acınohur düzündə ov quşlarına təlim keçərkən rəhmsiz davrandıqları üçün ərəblər barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ən yüksək məbləğdə cərimələr tətbiq edilib. Onlara 4056 manat cərimə təyin edilib. Həmin şəxslərin cərimələrinin tam ödənilməsi təmin edilib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov deyib. Onun sözlərinə görə, Rubelin Muhammed barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə, 1 baş boz durnanı qanunsuz ovlayan Rəşed İcaber və özünə məxsus şahin quşu ilə 4 baş bildirçini ovlayan Abdulmacid Çemçi barəsində 272.3 maddəsi ilə protokol tərtib edilib.

Xəbər lenti
0