CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid ailəsinin evi təhlükə ilə üz-üzədir - FOTOLAR

© Sputnik / Rahim MammadovAstarada torpaq sürüşməsi
Astarada torpaq sürüşməsi - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Abunə olmaq
Torpaq sürüşməsi nəticəsində təhlükəli vəziyyətə düşən ev Vətən müharibəsində şəhid olan kiçik çavuş Məhəmməd Babazadənin ailəsinə məxsusdur.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Son günlər cənub zonasında düşən yağıntıların çox olması Astara rayonunun bəzi kəndlərində torpaq qatında aşınma prosesini sürətləndirib.

Belə ki, Siyəkü kənd sakini Gülxarə Babayevaya məxsus fərdi yaşayış evi gecə saatlarında baş verən torpaq sürüşməsi nəticəsində təhlükə qarşısında qalıb. Evin arxa tərəfində sürüşən torpaq qatı evin divarlarına kimi yaxınlaşıb və növbəti yağıntılarda vəziyyət daha təhlükəli ola bilər. G.Babayevanın Sputnik Azərbaycanın bölgə müxbirinə bildirdiyinə görə, torpaq sürüşməsinin yaratdığı digər bir problem isə qrunt sularının evə dolmasıdır. Gülxarə xanımın fərdi təsərrüfatında olan sitrus bağına da ziyan dəyib, 20-yə yaxın ağac torpaq altında qalıb, bəziləri isə qırılaraq aşıb: “Gecə vaxtı idi, birdən səs gəldi. Çölə çıxıb gördük bu dağ sürüşüb evə dirənib. Evin altı da su içindədir, yəni, təhlükəli vəziyyətdədir. Qardaşıma dedim, gəlib evin arxasına baxdı. Zəng elədik ora-bura, hələ heç bir tədbir yoxdur. Digər tərəfdən də bağımız sürüşüb aşağıya gəlir. Neçə ağacı çıxarıb başqa yerdə əkmişik. Torpaq evin üstünə sürüşüb gəlir".

© Sputnik / Rahim Muradov
Astarada torpaq sürüşməsi - Sputnik Azərbaycan
1/4
© Sputnik / Rahim Muradov
Astarada torpaq sürüşməsi - Sputnik Azərbaycan
2/4
© Sputnik / Rahim Muradov
Astarada torpaq sürüşməsi - Sputnik Azərbaycan
3/4
© Sputnik / Rahim Muradov
Astarada torpaq sürüşməsi - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

Baş vermiş torpaq sürüşməsi ilə bağlı Siyəkü kəndinin bələdiyyə sədri Ramin Dədəyev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirdi ki, hadisə ilə bağlı artıq aidiyyəti qurumlara məlumat verilib və tez bir zamanda problemin aradan qalxması üçün köməklik göstəriləcək: “Bəli, bu zona çoxdandır sürüşmə ərazisidir. Son dövrlərdə bildiyimiz kimi yağan qar və yağışlar nəticəsində həmin su axarları evin arxasında qalmışdı. Həmin izolyasiya suları axıb evin altına keçmişdir. Biz də bu əraziyə artıq baxış keçirmişik. Yaxın gələcəkdə texnika veriləcək və bu sürüşmə aradan qaldırılacaqdır.”

Məlumat üçün bildirək ki, torpaq sürüşməsi nəticəsində təhlükəli vəziyyətə düşən ev Vətən müharibəsində şəhid olan kiçik çavuş Məhəmməd Babazadənin ailəsinə məxsusdur. Şəhid kiçik çavuş M.Babazadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Ümid edək ki, yaxın vaxtlarda problem öz həllini tapacaq və şəhid ailəsi bu narahatlıqdan qurtulmuş olacaq.

Xəbər lenti
0