CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda axşama doğru kollaps gözlənilir: MilliÖN məsləhət verdi - YENİLƏNİB

© Photo : Facebook / MilliÖNПлатежный терминал MilliÖN
Платежный терминал MilliÖN - Sputnik Azərbaycan, 1920, 29.03.2021
Abunə olmaq
"Ona görə də müştərilərdən xahiş edirik ki, BakıKart aparatlarına yaxınlaşaraq kartlarına gediş haqqı vursunlar".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 mart — Sputnik. “MilliÖN” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri İdarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mövcud problemdən xəbərdardırlar: “Sərnişinlərin üzləşdiyi problem “BakıKart” tərəfindən kartomatlarda yeniliklərin tətbiqi ilə bağlıdır. Bəzi “MilliÖN” kartomatlarında ödənişi həyata keçirmək istəyən müştərilər çətinliklərlə üzləşiblər. “MilliÖN” ödəmə təchizatçısı olaraq, yenilikləri tətbiq edilən “BakıKart” tərəfindən aldığımız məlumata görə, təkmilləşdirmə işləri tam olaraq qısa zamanda yekunlaşdırılacaq və müştərilər ödənişlərini rahat şəkildə həyata keçirə biləcəklər. Onu da qeyd edim ki, verilən məlumatda təkmilləşmə işlərinin bu gün ərzində yekunlaşacağı bildirilib”.

--------

15:36

Bu gün MilliÖN terminalları vasitəsilə BakıKart-a ödənişdə problem yaranıb. Bu barədə Sputnik Azərbaycan-a sərnişinlər məlumat veriblər. Onların sözlərinə görə, MilliÖN terminalları vasitəsilə BakıKart-a ödəniş etmək istəyən zaman aparatın BakıKart-a pul qəbul etmədiyi məlum olub. MilliÖN-ün müştəri xidmətlərindən sərnişinlərə bildirilib ki, BakıKart-a ödəniş sistemində yeniləmə aparıldığından hazırda MilliÖN aparatları vasitəsilə ödəniş mümkün deyil. Sərnişinlərə BakıKart aparatlarına yaxınlaşaraq kartlarına gediş haqqı ödəmək tövsiyyə olunub.

Bakı metrosu açılşdan sonra - Sputnik Azərbaycan, 1920, 12.01.2021
"BakıKart"ın balansını onlayn artırmaq mümkün olacaq

Sərnişinlər yaranmış vəziyyətdən şikayətlənərək, yenilənmə işinin ictimai nəqliyyatın işləmədiyi 9 gün ərzində niyə aparılmadığını, hazırki situasiyada problemlə üzləşdiklərini bildiriblər. Yaranmış problem üzündən kartına gediş haqqı yükləyə bilməyən sərnişinlər BakıKart-ında gediş haqqı olan digər sərnişinlərə nağd pul ödəyərək avtobusdan istifadə ediblər.

Sputnik Azərbaycan məsələni araşdırmaq üçün MilliÖN müştəri xidmətləri ilə əlaqə saxlayıb. Müştəri Xidmətlərindən Sputnik Azərbaycan-a bildirilib ki, BakıKart sistemində yenilənmə aparıldığı üçün gediş haqqının MilliÖN aparatı vasitəsilə yüklənməsində problem yaranıb:

"BakıKart sistemində yenilənmə aparılır. Yenilənmə işi bir neçə saat davam edəcək. Ona görə də müştərilərdən xahiş edirik ki, BakıKart aparatlarına yaxınlaşaraq kartlarına gediş haqqı vursunlar".

Müştəri Xidmətlərindən yenilənmə işinin axşam saatlarınadək davam edəcəyini bildiriblər.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev faktı Sputnik Azərbaycan-a açıqlamasında təsdiqləyib. Bildirib ki, MilliÖN aparatlarında BakıKart sistemində yenilənmə işi başa çatanadək sərnişinlərə dayanacaqlarda və metro stansiyalarda quraşdırılmış BakıKart aparatları vasitəsilə kartlarına gediş haqqı yükləmək tövsiyə olunur. Onun sözlərinə görə, hazırda dayanacaqlarda ümumilikdə 50-dən artıq BakıKarta məxsus terminal var. Metro stansiyalarında isə 146 ədəd BakıKart aparatı var ki, onlara sərnişinlərin əlçatanlığı bu gün tam təmin olunub.

Xəbər lenti
0