CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt məktəbində xarı-bülbül yetişdirilir

Abunə olmaq
Paytaxtın küləkli və isti iqliminə baxmayaraq peşə təmayüllü sinfin şagirdləri bu bitkinin mövcud vəziyyətə uyğunlaşmasına nail olublar.

BAKI, 29 mart — Sputnik. Bakı şəhəri 120 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfi Vətən müharibəsindəki qələbəmizin rəmzinə çevrilmiş xarı-bülbül yetişdirir.

Золотые монеты, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.03.2021
QARABAĞ
Türkiyədən Azərbaycana Qarabağ zəfəri xatirəsi - VİDEO

Peşə təmayüllü sinfin kənd təsərrüfatı ixtisası üzrə mütəxəssisi Hicran Kərimovanın şagirdlərlə bərabər yetişdirdiyi, əsasən orta dağ qurşağında kolluqlararası, meşəkənarı, otlu yamaclar və qayalar arasında yayılan xarı-bülbül bitkisi böyük zəhmət hesabına başa gəlib. Çünki xarı-bülbül kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lazım olan simbiotik göbələklərdən asılıdır. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək çətin olur. Paytaxtın küləkli və isti iqliminə baxmayaraq peşə təmayüllü sinfin şagirdləri bu bitkinin mövcud vəziyyətə uyğunlaşmasına nail olublar.

Qeyd edək ki, bu, məktəbin peşə təmayüllü sinfinin ilk uğuru deyil. Bundan öncə də Hicran Kərimova şagirdlərlə birgə çarpaz üsulu ilə yeni növ qızılgüllər hazırlayıb. Həmçinin alınan ən güclü xarakterik qızılgül sortuna Zirə qəsəbəsindən Vətən müharibəsində həlak olmuş 3 şəhidin adını verməyi planlaşdırırlar.

Onu da qeyd edək ki, 5 paytaxt məktəbində peşə təmayüllü siniflər fəaliyyət göstərir. Maraqlı tədris üsulu olan həmin siniflərdə şagirdlər müxtəlif peşə istiqamətləri üzrə hazırlanırlar. Təsadüfi deyil ki, peşə təmayüllü siniflərə ilbəil şagirdlərin maraq və meyli artmaqdadır.

Xəbər lenti
0