CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daxili İşlər Nazirliyi xəbərdarlıq etdi - Aprel ayından etibarən...

© Sputnik / Murad OrujovЗдание Министерства Внутренних Дел Азербайджанской Республики
Здание Министерства Внутренних Дел Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 27.03.2021
Abunə olmaq
Daxili İşlər Nazirliyi "Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərlə əlaqədar xəbərdarlıq eləyib.

BAKI, 27 mart - Sputnik. Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan milli park və qoruqlardakı su hövzələrində qanunsuz olaraq ovçuluqla məşğul olan, adı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı cari ilin aprel ayından başlayaraq daha da intensiv mübarizə tədbirlərinə start veriləcək.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Həmçinin idarənin əməkdaşları tərəfindən qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq davam etdirilir.

Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0