06:45 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
CƏMİYYƏT
Qısa URL
1982 0 0

Kərim İlyasovun hərəkəti bir daha ermənilərə ölkəmizdə yaşayan çoxmillətli Azərbaycan vətəndaşlarının bir yumruq ətrafında sıx birləşdiyini, vətənləri üçün canlarından belə keçməyə hazır olduğunu göstərdi.

BAKI, 26 mart - Leyla Abdullayeva, Sputnik Azərbaycan. 44 günlük Vətən müharibəsi zamanı ölkəmizdə və xaricdə yaşayan həmyerlilərimiz ordumuza dəstək olur, əllərindən gələn yardımlar etməyə çalışırdılar. Belə mərd oğullarımızdan biri də Ukraynada yaşayan qusarlı həmyerlimiz Kərim Əliçoban oğlu İlyasovdur. Kərim bəy məktəbi bitirdikdən sonra xaricə üz tutub. O, uzun illər xaricdə yaşamağına baxmayaraq qəlbi Azərbaycanla döyünüb. Həmyerlimiz sentyabr ayında ölkəmizə gəlib və ayın 25-də Ukraynaya qayıdıb.

Sentyabrın 27-də müharibə başladığını eşidərək dərhal ordumuza yardımlar etməyə başlayıb. Amma ürəyi dözməyib və qərara alıb ki, ölkəmizə geri qayıdıb özü şəxsən yardımlarda iştirak etsin. Oktyabr ayının 18-i Bakıya gələn həmvətənimizin ilk işi orduya bazarlıq etmək olur. O, “Binə” ticarət mərkəzindən əsgərlərimiz üçün isti geyim, papaq, corab və lazım olan məişət əşyaları alıb. Daha sonra doğulduğu Qusarın Hil kəndinə gələrək milli təamlar, müxtəlif meyvə-tərəvəz, şirniyyatlar alaraq Ukraynanın və Azərbaycanın bayraqları ilə bəzədilmiş yük avtomobili ilə cəbhəyə yola düşüb. Ordumuza 25 min manatdan artıq yardım edən Kərim bəy yardımlarının davamlı olacağını bildirib.

Kərim İlyasovun vətənpərvərliyini, vətəninə sevgisini gördükdə sözün əsl mənasında insan qürur hissi keçirir. Vətənimizin mərd oğlu Kərim bəyin bu hərəkəti bir daha ermənilərə ölkəmizdə yaşayan çoxmillətli Azərbaycan vətəndaşlarının bir yumruq ətrafında sıx birləşdiyini, vətənləri üçün canlarından belə keçməyə hazır olduğunu göstərdi.

K. İlyasovun sözlərinə görə, həyat yoldaşı Natalya xanımın və övladlarının ürəyi də Azərbaycanla döyünür. Onlar əsgərlərimiz üçün dua edirlər.

Əsas mövzular