CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda "Milli ön" ovçuları yaxalandı

© Photo : Facebook / MilliÖNПлатежный терминал MilliÖN
Платежный терминал MilliÖN - Sputnik Azərbaycan, 1920, 25.03.2021
Abunə olmaq
Əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H. Quluzadə və F. Məmmədov müəyyən edilərək saxlanılıb.

BAKI, 25 mart - Sputnik. Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində "Milli ön" ödəmə terminallarının birindən qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H. Quluzadə və F. Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0