CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tahir Kərimli: "Kişi və qadın bərabərliyi adı altında ailənin təməli pozulub"

© Photo : REPORTTahir Kərimli, Vəhdət Partiyasının sədri, millət vəkili
Tahir Kərimli, Vəhdət Partiyasının sədri, millət vəkili - Sputnik Azərbaycan, 1920, 23.03.2021
Abunə olmaq
"Son zamanlar Azərbaycanda ərin öz dostları ilə, qadının da öz rəfiqələri ilə oturub yeməsi halları çox yayılıb" - deputat.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 mart — Sputnik. "Boşanmaların səbəbini hər zaman sosial-iqtisadi məsələlərlə əlaqələndirmişik. Şübhəsiz ki, burada sosial-iqtisadi amillərin rolu var. Amma mən deyərdim ki, boşanmalarda iqtisadi tərəfdən daha çox mənəvi tərəflər ortaya çıxmağa başlayıb".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Millət vəkili deyir ki, hər bir halda tərəflərin hüquqları qorunmalıdır:

"Amma bəzən elə düşünülür ki, qadındır, ailəsinin taleyi ilə də oynaya bilər. Yəni, bəyənmir, boşanır, bir qədər münasibətdə sərtlik olur, şiddət görür boşanır. Öncələr belə şeylərə dözümlü yanaşardılar. Yaxud da "sənin fikrinlə razı deyiləm", "sərbəstəm", "rəfiqələrimlə istədiyim kimi oturub-dura bilərəm, bu mənim hüququmdur", kimi söz-söhbətlər olur".

Millət vəkili ailə başçısı funksiyasının getdikcə itməsindən də narahatlığını ifadə edib: 

"Son zamanlar Azərbaycanda ərin öz dostları ilə, qadının da öz rəfiqələri ilə oturub yeməsi halları çox yayılıb. Onlar az qala evdə heç mətbəxdə yemək də yemirlər, həyatlarını kənarda keçirirlər. Kişi və qadın bərabərliyi adı altında ailənin təməlinin pozulması, ailə başçısı funksiyasının getdikcə itməsi, Azərbaycan ailəsinin müqəddəsliyinə, adət-ənənələrinə mənfi təsirlər boşanmaların sayının artmasına səbəb olub".

Xəbər lenti
0