CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Novruzla bağlı yanlış fikirlər: niyə çərşənbələr dörd yox, yeddi imiş?

© Sputnik / Murad OrujovСэмэни
Сэмэни - Sputnik Azərbaycan, 1920, 22.03.2021
Abunə olmaq
1970-ci illərə qədər Bakının bəzi kəndlərində, Lənkəran bölgəsində, Naxçıvanın Arazqırağı kəndlərində, Cənubi Azərbaycanda 7 çərşənbənin hamısı keçirilirdi. Naxçıvanın bəzi kəndlərində 7 çərşənbə hələ də qeyd olunur. Naxçıvanda ona 7 ləvin deyirlər.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 mart — Sputnik. Azərbaycan xalqının ən qədim bayramlarından olan Novruz və onun çərşənbələri ilə bağlı müxtəlif fikirlər səslənir. Bəzi insanlar hesab edirlər ki, bu bayram müsəlmanlar üçün deyil. Bəs görəsən, Novruz bayramı, çərşənbələr və ənənələrin kökləri hara dayanır? Bununla bağlı tanınmış astroloq Səbuhi Rəhimli Sputnik Azərbaycan-a danışıb:

"Niyə Novruz şənbəsi, Novruz bazarı demirlər, məhz Novruz çərşənbəsi deyirlər? Bəzən bu suala heç etnoqraflar, folklorşünaslar da cavab verə bilmirlər. Hər kəs öz məntiqi ilə düşünür ki, torpaq oyanır, ondan qabaq hava olur, buz əriyir və s. - bunlar hamısı kimlərinsə məntiqidir. Amma bunu yaradan ata-bablarımız elmi əsaslara söykənib, astronomik göstəriciləri nəzərə alıb, yaradıblar. Avestada deyilir ki, Allah dünyanı yaratdı, hər şey gözəl idi, amma şər ruhu olan Əhrimən yerə gizlincə hücum elədi. İşıqlı dünyanı zədələdi. İnsanların ruhuna, şüuruna 7 mənfi məfhum yüklədi. Bu, o qədər artdı ki, dünya artıq məhv olmaq üzrə idi. Bunu görən Hörmüz (Ahura Məzda) yerə 7 xilaskar göndərdi".

Səbuhi müəllimin sözlərinə görə, bu gün Naxçıvanın bəzi kəndlərində hələ də 7 çərşənbə qeyd olunur: "2-ci gündən 3-cü günə keçən gecə gecə yarısından sübh tezdən gün çıxana qədər qoruyucu mələklər gəlmiş olurdu. Bunlar gəlməklə insanlığı xilas etdiklərinə görə 2-ci gün axşam, yəni çərşənbə axşamı insanlar onun gəlişinə hazırlaşırdılar. Həmin inanclara görə, insanlar həmin gün yalan danışmamalıdırlar. Günəş Qoç bürcünə daxil olana qədər mələklərin 7-si də gəlirdi. Hətta 1970-ci illərə qədər Bakının bəzi kəndlərində, Lənkəran bölgəsində, Naxçıvanın Arazqırağı kəndlərində, Cənubi Azərbaycanda 7 çərşənbənin hamısı keçirilirdi. Bildiyimə görə, Naxçıvanın bəzi kəndlərində 7 çərşənbə hələ də qeyd olunur. Naxçıvanda ona 7 ləvin deyirlər. 7 ləvin bayramı deyirlər. İslamda olan Bərat da buna aiddir. Deyirlər ki, Bərat gecəsində mələklər gəlir, insanların nə istədiyini Allaha çatdırır. 7-si də tamamlanandan sonra sonuncu çərşənbəyə ilaxır çərşənbə deyirlər".

Adət-ənənələrimiz unudulursa, bunun səbəbi nədir? - VİDEO - Sputnik Azərbaycan, 1920, 21.03.2021
VİDEO
Adət-ənənələrimiz unudulursa, bunun səbəbi nədir? - VİDEO

"Aşıqlar öz vücudnamələrində həmişə "abu-atəş-xaki-bad" deyirdilər. Ab-su, atəş-od, xak-torpaq, bad isə yeldir. Məntiqlə də düşünsək, yel sonuncu gəlir ki, bunların hamısı hərəkətə keçir. Bəzən düşünürlər ki, su sonda gəlməlidir, çünki sonda buz əriyir. Amma bu doğru deyil. Əslində 70-ci illərə qədər belə bir mübahisə yox idi. Xətai öz şeirində də bu ardıcıllığı göstərir: "Bizim üçün xəlq eylədin abü-atəş, xakü-bad. Cismimizə can da verdin, bizə Adəm qoydun ad"".

S.Rəhimli bəzi insanların arasında yayılan "Əsl müsəlman Novruzu qeyd etməməlidir" fikrinə münasibətini bildirdi: "İslamın yarandığı coğrafi mühitdə baharın gəlişi qeyd olunmayıb. Amma bu o demək deyil ki, biz öz qədim adətimizi unutmalıyıq. Mən özüm də ruhaniliklə məşğulam, ailəmiz də dinlə məşğul olur. Amma mənim üçün ən böyük bayram Novruzdur. Novruzun adətlərindən biri də qapı pusmadır. Bu, şeytan əməlidir. Axır çərşənbədə qapını ona görə pusurlar ki, gələn firiştə o evdə danışılan söhbətlərə uyğun müjdə verəcək. Burada hər iki tərəf mənəvi qazanır. Həm evdəkilər xoş söz danışırlar ki, qapıya qulaq asan olar, gələn insan da xoş söz eşitmək istəyir. Əslində bu, təlqindir. Novruzun başqa bir adəti də papaq atmadır.

Ermənilərin hədəfdə saxladığı kənddə 30 il sonra Novruz şənliyi - FOTOLAR>>

Deyirlər, papaq atmaq dilənçilikdir. Bu adəti də dəyişiblər. Əslində bu adətin kökü belə deyil. Qədim zamanlarda heç kəs bilmirdi, kimin evində nə var. Ona görə də bacadan şal atırdılar. O şaldan çıxan nemətlərə uyğun bilirdilər ki, kimin evində nə var. Kasıblar şala bir tikə çörək qoyurdular. Varlılar isə daha çox sovqat qoyurdular. Varlıların qoyduğu sovqatı xəlvət aparıb kasıbların bacasına atardılar ki, hər kəs bayram günü bərabərləşsin. İndi isə götürürlər 20-30 papağı, bütün qapılara atırlar. Hər şey dəyişib şoulaşdığı kimi, adətlərimiz də dəyişib, təəssüf. Məsələn, bizdə "qara bayram" adlı bir ənənə yoxdur. Aparıb qəbirlərin üstünə konfetlər, şirniyyat qoyurlar. Onu da qurd-quş yeyir. Ondansa onu aparıb hansısa kasıba versinlər".

Xəbər lenti
0