17:07 15 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
CƏMİYYƏT
Qısa URL
23 0 0

Bir mövsümdə 30 rayonun 100 hektar meşə fondu torpağında 100 mindən çox müxtəlif cinsli ağac əkilib, 2200 kiloqram palıd toxumu səpilib.

BAKI, 21 mart — Sputnik. BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.

Bu günün keçirilməsində məqsəd meşə massivlərinin vacibliyini,  mühafizəsini, artırılmasının önəmini vurğulamaq, ağac əkinini təşviq etməkdir. 2021-ci ildə Beynəlxalq meşələr günü bütün dünyada "Meşələrin bərpası: bərpa və rifaha aparan yol" devizi altında  qeyd olunur.

  • Quba, Qusar, Şəki rayonlarında ağac əkimi
    © AR Ministry of Ecology and Natural Resources

1 / 4
© AR Ministry of Ecology and Natural Resources
Quba, Qusar, Şəki rayonlarında ağac əkimi

Təbii Sərvətlər və Ekologiya Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ölkəmizdə davamlı olaraq hər il genişmiqyaslı meşəbərpa və ağacəkmə tədbirləri həyata keçirilir.

Təkcə 20 mart 2021-ci il tarixində Quba, Qusar, Şəki rayonlarında  4 hektar ərazidə 4000-ə yaxın meşəcinsli ağac əkilib, palıd toxumu səpilib.

Ümumiyyətlə, bu il yaz ağacəkmə mövsümündə Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu günədək 30 rayonun 100 hektar meşə fondu torpağında 100 mindən çox müxtəlif cinsli ağac əkilib, 2200 kiloqram palıd toxumu səpilib.

Teqlər:
ETSN, ağac, meşə

Əsas mövzular