09:08 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
CƏMİYYƏT
Qısa URL
22 0 0

Nazirin müvafiq əmri ilə 5 nömrəli Respublika xüsusi internat məktəbinin direktor müavini işdən azad olunub, direktoruna isə töhmət verilib.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 19 mart — Sputnik. Ötən gün Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində direktor müavininin şagirdi döyməsi ilə bağlı məlumat yayılmışdı. Məlumata görə, direktor müavini olan 55 yaşlı Qabil Qasımov adlı müəllimlə bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılmışdı.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ araşdırılıb, nazirin müvafiq əmri ilə 5 nömrəli Respublika xüsusi internat məktəbinin direktor müavini işdən azad olunub, direktoruna isə töhmət verilib.

 

Əsas mövzular