CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Ordusu Prezidentin planını uğurla bitirdi - VİDEO

© AR Ministry of DefenceКомандно-штабные учения войск Нахчыванского гарнизона
Командно-штабные учения войск Нахчыванского гарнизона - Sputnik Azərbaycan, 1920, 18.03.2021
Abunə olmaq
Mürəkkəb şəraitdə keçirilən təlimlərdə müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqlar uğurla yerinə yetirilib.

BAKI, 18 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən əməliyyat-taktiki təlimləri uğurla başa çatıb. Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə əsas diqqət Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılması, döyüş texnikasının və digər hərbi vasitələrin tətbiqi, o cümlədən qoşunların terrorçu dəstələr (qruplar) və qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatlarının həyata keçirilməsi üzrə təlim-döyüş tapşırıqlarının icra edilməsinə yönəldilib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Mürəkkəb şəraitdə keçirilən təlimlərdə müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqlar uğurla yerinə yetirilib, qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilib.

Təlim rəhbərliyinin qiymətləndirməsinə əsasən qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə əldə edib, həmçinin yüksək səhra vərdişləri nümayiş etdirib.

Xəbər lenti
0