05:15 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
CƏMİYYƏT
Qısa URL
23 0 0

"Bütün hallarda yerli ərzaq malları keyfiyyətcə gəlmə məhsullardan daha keyfiyyətlidir. Çünki xaricdən gətirilən məhsullar müəyyən risk zəncirindən keçirilir və bu prosesdə müxtəlif kimyəvi qatqılardan istifadə edilir"

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik. “Son illərdə istehlakçılar tərəfindən ən çox şikayət mürəkkəb texniki vasitələrin alğı-satqısı zamanı qeydə alınır”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən mətbuat konfransında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Ekspert bildirib ki, bu mövzuda şikayətlər o qədər artıb ki, bəzən biznes strukturların şikayətləri artırmaq üçün yarışdıqlarını düşünür: “Maraqlı biznes kampaniyaları ilə istehlakçıları cəlb edən belə mağazalar məhsulun pulunu aldıqdan sonra alıcıya münasibətdə onun hüquqlarını pozurlar. Dəfələrlə edilən şikayət müraciətlərində qeyd olunub ki, alıcıya yeni adı ilə baha qiymətə satılan məhsullar işlənmiş, problemli, bəzən isə keyfiyyətsiz olur.

Burada da biznes strukturları özlərini istehlakçı hüquqlarının tələblərindən qorumaq üçün bufer zolaq yaradıblar ki, bunun adı servisdir. Qanunda göstərilib ki, istehlakçı tələbatına uyğun gəlməyən məhsulu on dörd gün ərzində dəyişə və ya geri qaytara bilər. İstehlakçı aldığı məhsulda yaranmış problemə görə servis mərkəzlərində qalmalı deyil”.

“Qeyd etməliyəm ki, bazarın digər seqmentlərində də istehlakçıların narazılığına səbəb olan problemlər mövcuddur. Şikayətlərin bir qismi də su filtri satan şirkətlərlə bağlıdır. Bu sahədə fəaliyyət göstərən şirkətlər primitiv üsullarla suyun keyfiyyətsiz olduğunu göstərərək insanları qorxudurlar.

Şikayətlər həm də məişət texnikaları ilə bağlıdır. Bəzi şirkətlər komponentləri tədarük etməklə texnikanın yığımını burada həyata keçirir. Xüsusən də belə texnikalarda zəmanət verilən hisssələrlə bağlı konkret yanaşma olmadığı üçün problemlər həllini tapa bilmir. Bununla bağlı Nazilrər Kabinetinin müvafiq qərarı olmalıdır. Belə bir qərarın olmaması istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır. Belə vəziyyətdə biznes qurumlar onlar üçün yaranmış vəziyyətdən sui-istifadə edirlər. Düşünürəm ki, ümumilikdə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna müvafiq dəyişikliklər edilməldir.

Texnika sahəsindəki problemlərlə yanaşı, həm də ərzaq mallarının keyfiyyətində də problemlər müşahidə edilir. Yetərincə yaxşı qablaşdırılmış və alıcıların diqqətini cəlb edən məhsullar göründüyü kimi keyfiyyətli olmaya bilər. Mənim fikrim budur ki, bütün hallarda yerli ərzaq malları keyfiyyətcə gəlmə məhsullardan daha keyfiyyətlidir. Çünki xaricdən gətirilən məhsullar müəyyən risk zəncirindən keçirilir və bu prosesdə müxtəlif kimyəvi qatqılardan istifadə edilir. Təbii ki, istehlakçılar çox vaxt bunu anlamırlar. Məhsulun ömrünü uzatmaq üçün istifadə edilən qatqı insan ömrünü qısaldır”, - ekspert söyləyib.

Teqlər:
keyfiyyət, ərzaq, istehlakçı, istehlak

Əsas mövzular