05:36 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
CƏMİYYƏT
Qısa URL
14 0 0

BMTİP ANAMA-ya münaqişənin təsirlərinə məruz qalan ərazilərdə yaşayan yerli icmalar üçün ciddi risklər yaradan minaları və partlamamış hərbi sursatları təmizləmək üçün təcili müdaxilə qruplarını təlimləndirmək, təchiz etmək və yerləşdirmək üçün dəstək verəcək.

BAKI, 18 mart — Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident nümayəndəsi Alessandro Frakassetti baş verən münaqişədən sonra icma təhlükəsizliyinin bərpasına yönəlmiş yeni maliyyələşmə sənədinin imza tədbiri üçün bu gün bir araya gəliblər. Bu barədə BMT-nin Bakı nümayəndəliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, BMT-nin İnkişaf Proqramının böhran vəziyyətlər üçün nəzərdə tutulan büdcəsindən və BMT-nin Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondundan toplam bir milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. Bu vəsaitlə BMTİP ANAMA-ya münaqişənin təsirlərinə məruz qalan ərazilərdə yaşayan yerli icmalar üçün ciddi risklər yaradan minaları və partlamamış hərbi sursatları təmizləmək üçün təcili müdaxilə qruplarını təlimləndirmək, təchiz etmək və yerləşdirmək üçün dəstək verəcək.

Teqlər:
dollar, maliyyə, dəstək, BMT, ANAMA

Əsas mövzular