CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəfərdə pay sahibi olan qazimizin həyatında önəmli dəyişiklik oldu

© Sputnik / Rahim MammadovElçin Abduləzimov
Elçin Abduləzimov - Sputnik Azərbaycan, 1920, 18.03.2021
Abunə olmaq
Elçin Abduləzimov Mingəçevir Dövlət Universitetində 4 il eyni ixtisasda oxuduğu Nigar Məhərrəmova ilə ailə qurub.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik. Qalib ordunun, qalib əsgəri olmaq qürurvericidir. İşğaldan azad edilən torpaqlarda şəhadətə yüksələnlərdə var, sağlamlığını itirənlər də. Bu gün şəhidlərimizin ruhu şaddır, çünki onların canını, qanını verdiyi vətən torpaqları azaddır. 44 günlük Vətən müharibəsində qazanılan qələbədə payı olanlardan biri də Elçin Abduləzimovdur. Sputnik Azərbaycan xəbər verir ki, E.Abduləzimov 2016-2020-ci illərdə Mingəçevir Dövlət Universitetində İngilis dili müəllimi ixtisası üzrə təhsil alıb. Vətən müharibəsi başlayan gündən Tərtər, Suqovuşan, Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. 2 noyabr tarixində isə ağır yaralanıb. Aparılan uzun müddətli müalicələrdən sonra sağlamlığını qismən bərpa edə bilib.

© Sputnik / Rahim Mammadov
Elçin Abduləzimovun nikah mərasimi - Sputnik Azərbaycan
1/3
Elçin Abduləzimovun nikah mərasimi
© Sputnik / Rahim Mammadov
Elçin Abduləzimovun nikah mərasimi - Sputnik Azərbaycan
2/3
Elçin Abduləzimovun nikah mərasimi
© Sputnik / Rahim Mammadov
Elçin Abduləzimovun nikah mərasimi - Sputnik Azərbaycan
3/3
Elçin Abduləzimovun nikah mərasimi
1/3
Elçin Abduləzimovun nikah mərasimi
2/3
Elçin Abduləzimovun nikah mərasimi
3/3
Elçin Abduləzimovun nikah mərasimi

Ötən gün isə Mingəçevir “ASAN Xidmət” mərkəzində Elçin Abduləzimovun nikah mərasimi təşkil olunub. Eyni ixtisas sahibi olan gənclər elə həyat yollarında da birgə addımlamağa qərar veriblər. Nikah mərasimində Mingəçevir Dövlət Univeristetinin bir qrup əməkdaşı da iştirak edib. Vətən müharibəsində qazandığımız tarixi Zəfərdə pay sahibi olan qazi üçün əlamətdar tədbirə böyük qürur hissi ilə qoşulan MDU əməkdaşları hər iki məzunu universitetin kollektivi və tələbələri adından təbrik edib, onlara ailə səadəti və xoşbəxtlik arzulayıblar.

Qeyd edək ki, Elçin Abduləzimovun nikaha daxil olduğu Nigar Məhərrəmova MDU-nu fərqlənmə diplomu ilə bitirib və hazırda Ağdaş rayon Nemətabad kənd məktəbində müəllim işləyir.

Xəbər lenti
0