CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış aktyor uzun illərdən sonra AzTV-də işə başlayıb - VİDEO

© AP Photo / Emrah Gurelİstanbulda Kamlika məscidinə mənzərə, arxiv şəkli
İstanbulda Kamlika məscidinə mənzərə, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 17.03.2021
Abunə olmaq
O, qazanc əldə edə bilmək üçün marketlərə üz tutduğunu deyir: "Mən yaşamaq üçün nəsə yeməliyəm. O da deyirdi ki, ayıbdır, aktyorsan, niyə marketdə işləməlisən?"

BAKI, 17 mart — Sputnik. 1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında "Sehirli güzgü" verilişində "Sim-sim Lələ" kimi tanıdığımız, eyni zamanda bir çox televiziya tamaşalarında və bayram tədbirlərinin əvəzedilməz aktyoru Adışirin Bağırov uzun illərdir ki, işsiz idi. Sputnik Azərbaycan xəbər verir ki, aktyor uzun illərdən sonra AzTV-də işlə təmin olunub.

Aktyor mediada bəzən unudulduğundan, hətta epizodik rollarda belə çəkilmədiyindən şikayətlənirdi:

"Bir serial belə olmayıb ki, çağırsınlar, 10 manat, 20 manat versinlər, desinlər, epizodik bir rolda çəkirik səni".

O, qazanc əldə edə bilmək üçün marketlərə üz tutduğunu deyir:

"Mən yaşamaq üçün nəsə yeməliyəm. Hətta marketlərə gedirdim ki, orada yarım gün də olsa işləyim, qazanc yerim olsun. Amma cəmi bir gün işləyə bilirdim. Kənardan insanlar marketin sahibinə aktyorun burada işlədiyinə görə irad bildirirdilər. O da deyirdi ki, ayıbdır, aktyorsan, niyə marketdə işləməlisən".

Xəbər lenti
0