08:31 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
CƏMİYYƏT
Qısa URL
16 0 0

"Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nda dəyişikliklər edilib.

BAKI, 17 mart — Sputnik. Baş nazir Əli Əsədov "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq məhkəmənin uşağın övladlığa götürülməsi barədə qətnamədən çıxarışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edildiyi gündən ən geci 5 iş günü müddətində övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət təyin ediləcək. Təyin edilmiş müavinət bu qaydalara uyğun olaraq ödəniləcək.

Bu Qərar 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

Teqlər:
dəyişiklik, qayda, uşaq, müavinət

Əsas mövzular