CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat od tutub yanan qiymətlərdən və bağlı qalan Olimpiya komplekslərindən gileyləndi

© Sputnik / Murad OrujovПродуктовая корзина с покупками
Продуктовая корзина с покупками - Sputnik Azərbaycan, 1920, 16.03.2021
Abunə olmaq
Fazil Mustafa: "Bu gün hər üç nikahdan biri boşanma ilə nəticələnir. Ölkədə 47 olimpiya kompleksi fəaliyyət göstərir. Ancaq onların əksəriyyətinin qapısı bağlıdır".

BAKI, 16 mart — Sputnik. "Ərzaq məhsullarının, tikinti materiallarının və s. qiyməti kəskin artıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa ümumi daxili məhsulun azalmasından danışarkən deyib.

O bildirib ki, əhalinin gəlirləri azalıb və bu, obyektiv səbəbdən olsa da, burada subyektiv amillər də var.

"Bu gün hər üç nikahdan biri boşanma ilə nəticələnir. Ölkədə 47 Olimpiya Kompleksi fəaliyyət göstərir. Ancaq onların əksəriyyətinin qapısı bağlıdır", - deyə deputat bildirib.

Deputat təhsil sistemindəki problemlərə də toxunub. O, həmçinin Bakıxanov qəsəbəsində mədəniyyət evinin olmamasından da gileylənib: "50 minlik Zabrat qəsəbəsində bir dənə də olsun mədəniyyət evi yoxdur".

Xəbər lenti
0